Baş redaktor: Son illər Bakının siması tamamilə dəyişib

Baş redaktor: Son illər Bakının siması tamamilə dəyişib
SİYASƏT
17:56 21.05.2026
277
"Bakını Parislə müqayisə etsək, görərik ki, Bakı həm təmizliyi, həm də müasir infrastrukturu ilə seçilən şəhərlərdən biridir. Son illərdə paytaxtda həyata keçirilən abadlıq və şəhərsalma layihələri Bakının simasını tamamilə dəyişib”

Bunu AZXEBER.COM-açıqlamasında "Manşet.az” xəbər portalının Baş redaktoru Əli Vəliyev Ümumdünya Şəhərsalma Forumunun (WuF13) 13-cü sessiyası çərçivəsində keçirilən "Dayanıqlı Şəhərsalma: Azərbaycan və Avropa Təcrübəsi” mövzusunda keçirilən konfrans zamanı deyib.

O qeyd edib ki, Azərbaycanın şəhərsalma sahəsində inkişafı tarixi baxımdan da diqqət çəkir:

"Ölkəmizdə metro sistemi bir çox Avropa ölkələri ilə təxminən eyni dövrdə yaradılıb. Bu isə Azərbaycanın uzun illərdir müasir şəhər infrastrukturu quruculuğuna önəm verdiyini göstərir. Bakı metrosu bu gün də genişləndirilir, yeni stansiyalar istifadəyə verilir və şəhərin nəqliyyat yükünün azaldılması istiqamətində mühüm rol oynayır.

Bütün bunlar onu göstərir ki, Bakı artıq təkcə regionun deyil, dünyanın diqqət mərkəzində olan müasir şəhərlərindən birinə çevrilməkdədir”.

Şahanə
OXŞAR XƏBƏRLƏR