Başla vurulan hər top beyində iz buraxır...

Başla vurulan hər top beyində iz buraxır...
SOSİAL
17:13 01.11.2026
223
Son 15 ildə dünyasını dəyişmiş peşəkar futbolçuların 75%-də xroniki travmatik ensefalopatiya (XTE) əlamətləri aşkar edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu, futbolçular arasında qeydə alınmış ən yüksək göstəricidir.
Boston Universiteti tədqiqatçılarının 2008–2023-cü illərdə vəfat etmiş ABŞ Milli Futbol Liqasının (NFL) 2360 keçmiş oyunçusu üzərində apardığı araşdırma göstərib ki, təkrarlanan zərbələr beyində toksik tau zülalının yığılmasına və mikrozədələrə səbəb olur.

İlkin nümunələrdə nisbətin 93% çıxmasına baxmayaraq, alimlər statistik model vasitəsilə bunu tənzimləyərək real yayılma tezliyini təxminən 75% (1760 nəfər) olaraq qiymətləndiriblər.

Mütəxəssislər qeyd edirlər ki, XTE yaddaş, emosiya və davranışa mənfi təsir göstərsə də, beyindəki dəyişikliklər mütləq simptonların yaranacağı demək deyil. Tədqiqat qrupundakı keçmiş futbolçuların təxminən 27%-də demensiya diaqnozu qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR