"Bavariya" Avropa Super kubokunun da qalibi oldu

İDMAN
01:42 25.09.2020
459

UEFA Super Kubokunun yeni sahibi müəyyənləşib.

Sayca 45-ci Superkubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünü qalibi olan Almaniya "Bavariya"sı ilə Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sı üz-üzə gəlib.

Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçirilmiş görüşdə "Bavariya" əlavə vaxtda qələbə qazanıb - 2:1. İngiltərəli referi Entoni Teylorun idarə etdiyi görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı 13-cü dəqiqədə "Sevilya"nın futbolçusu Lukas Okampos penalti ilə açıb. 34-cü dəqiqədə Leon Qoretska bərabərlik qolunu vurub. Əlavə vaxtda "Bavariya" qələbə topuna imza atıb. 104-cü dəqiqədə vurulmuş qolun müəllifi Xavi Martines olub.  

Pandemiya dövründə ilk dəfə avrokubok matçı azarkeşlərin iştirakı ilə keçirilib. 

"Bavariya" tarixində ikinci dəfə UEFA Super Kubokuna yiyələnib. Münhen komandası ilk dəfə bu titula 2013-cü ildə yiyələnib. "Sevilya" isə 5-ci dəfə UEFA Super Kuboku uğrunda görüşdə uduzub.  

Ümumiyyətlə, Superkuboku indiyədək ən çox İtaliya "Milan"ı və İspaniya "Barselona"sı qazanıb - hərəyə 5 dəfə. Kataloniyalılar 4, "qırmızı-qaralar" isə 2 dəfə həlledici oyunda uduzublar.

Titul uğrunda son 11 matçın 9-da İspaniya klubları ("Barselona" 5 dəfə, "Atletiko" və "Real Madrid" 3 dəfə) qələbəni bayram ediblər. Superkuboku ən çox qazanan da Pireney təmsilçiləridir. İspaniyalılar 27 oyunun 15-də qalib gəlməyi bacarıblar. İtaliya klubları isə 9 dəfə Superkuboka sahib çıxıblar.

Titulu ümumilikdə 12 ölkədən 24 fərqli komanda qazanıb.

UEFA Super Kuboku

24 sentyabr

23:00. "Bavariya" (Almaniya) - "Sevilya" (İspaniya) - 2:1 (ƏLAVƏ VAXT - 1:0)

Qollar: Leon Qoretska, 34. Xavi Martines, 104 - Lukas Okampos, 13 (pen.)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:02 26.11.2020

Türkiyədə bu gün koronavirusdan ölənlərin sayı 168 nəfərə çatıb

23:26 25.11.2020

Şənbə-bazar insanların çölə çıxmasına qadağa qoyulur? - AÇIQLAMA

23:07 25.11.2020

Bank Respublika “Faydalı Cümə” kampaniyasına start verir

22:45 25.11.2020

Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşdü

22:41 25.11.2020

Fransa XİN-dən senatın qalmaqallı qərarına münasibət: “Heç kimə fayda verməyəcək”

22:37 25.11.2020

Pele Maradonanın ölümünə üzüldü: “Onunla göylərdə yenidən futbol oynayacağıq”

22:20 25.11.2020

Azərbaycan XİN: Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur

22:12 25.11.2020

“Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil”

22:09 25.11.2020

Fransa Senatı Dağlıq Qarabağdakı separatçı qondarma qurumun tanınması ilə bağlı qətnamə qəbul etdi - VİDEO

21:49 25.11.2020

İranın XİN başçısı Ceyhun Bayramovu təbrik edib

20:57 25.11.2020

Maradonanın ölümünə görə 3 günlük matəm elan edildi

20:50 25.11.2020

Şuşa həbsxanasının indiki vəziyyəti - VİDEO

20:33 25.11.2020

Əfsanəvi futbolçu Dieqo Maradona vəfat etdi

20:27 25.11.2020

Valentina Matviyenko: "Qarabağda atəşkəsi qorumaq zəruridir"

19:47 25.11.2020

Azərbaycanın siyasi partiyaları Fransa Senatının addımına sərt etiraz etdilər

19:45 25.11.2020

Ermənistanın sabiq baş naziri: “Bu, məğlubiyyət deyil, bu darmadağındır”