“Azərsu” abonentlərdən üzr istəyir.
Bu gün ərzində Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən verilən məlumata əsasən, bu, Bakı şəhər Səbail rayonu Neftçilər prospektindən keçən 500 mm-lik magistral su xəttində baş vermiş qəza ilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.