Bayramda nə qədər fitrə çıxarmaq lazımdır?

Bayramda nə qədər fitrə çıxarmaq lazımdır?
SOSİAL
15:04 30.03.2025
625
Xəbər verdiyimiz kimi, Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün bayram namazı qılınıb. Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər. 
 
Ramazan bayramının əsas vacib əməllərindən biri də fitrə zəkatının verilməsidir. Fitrə zəkatının çıxarılma vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Ancaq vətəndaşlar fitrə zəkatını çıxarmağı çatdıra bilməsələr, bayram namazından sonra da verə bilərlər.
 
Qafqaz Müsəlmanları İdarəsinin rəsmi açıqlamasına görə bu il üçün fitrə zakatının miqdarı hər ailədə adambaşına 10-15 manat olması tövsiyyə olunub. 

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev fitrə zəkatı və məbləği ilə bağlı bunları deyib: "Hər bir ailə başçısı ailədə neçə nəfər varsa, onun sayına uyğun fitrə zəkatı çıxarmalıdır. Fitrə zəkatı ən çox istifadə olunan ərzaqdan 3 kq hesablanır. Ancaq fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğundur. Nəticədə kasıb ailələr də həmin pulu öz ehtiyaclarına ödəyər. İnsanlar minimum ərzağın hesablanmasındansa, orta səviyyəni hesablasalar, daha yaxşı olar”

 
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov fitrə zəkatı nə qədər çox çıxarılsa o qədər də savabı var deyib:

"Fitrə sədəqəsi Qafqaz Müsəlman İdarəsinin fətvasına əsasən 10-15 manat nəzərdə tutulub. Dinə görə fitrə zəkatı xurmadan, buğdadan, düyüdən, kişmişdən verilə bilər. Fitrə zəktı çıxarılan zaman tövsiyəmiz ondan ibarətdir ki, imkanı olan insanlar daha bahalı ərzaq növrünü seçsinlər. Misal üçün, xurma 5 manata da var, 30 manata da var, daha bahada var. Yəni, nə qədər fitrə zəkatı çox çıxarılarsa, bu o qədər savabdır.

Deputat həmçinin bildirib ki, fitrə zəkatı çıxarılan zaman buğda ilə nisbətdə bahalı ərzaqların qiymətlərinin nəzərə alınıb çıxarılması daha məqsədəuyğundur:
 
"Əlbəttə ki, fitrə zəkatının məbləğinin müəyyən olunması zamanı buğdanın qiyməti daha ucuz, xurma, kişmiş, düyü və onun növlərinin qiyməti buğdaya nisbətən daha bahadır. Ona görə tövsiyə olunan odur ki, fitrə zəkatı çıxarılan zaman bahalı qiymətlər nəzərə alınsın və ya buğda ilə nisbətdə bahalı ərzaqlardan götürülsün. Onun əsasında da fitrə zəkatı çıxarılsın. Yəni QMİ-nin təyin etdiyi məbləğ  bir nəfər üçün 10-15 manat civarı ətrafında verilə bilər. Fitrə zəkatının məğbləği daha ucuz ərzaqla götürüldükdə isə bu daha ucuz ola bilər. Ona görə də tövziyyəmiz tirə zəkatı çıxaılan zaman imkan daxilində daha baha ərzaqların qiymətindən nəzərə alınmasıdır".

Günel Hüsynli
 
Yazı Medianın İnkişafı Agentliyinin "dini və milli tolerantlıq,millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda dərc edilib.

 




OXŞAR XƏBƏRLƏR