BDU Ankara Universiteti ilə memorandum imzaladı

GƏNCLİK
13:04 18.01.2011
2669


BDU-nun mətbuat və informasiya şöbəsindən bildiriblər ki, görüşdə Abel Məhərrəmov BDU-nun Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrdən danışıb. Rektor BDU və Ankara Universiteti arasında ikili diplomlar, tələbə-müəllim mübadiləsi və digər məsələlərdən də bəhs edib. O qeyd edib ki, Ankara Universitetinin prorektoru Arqun Karacabəy, hüquq fakültəsinin dekanı Mustafa Ağqaya bir müddət öncə BDU-da olublar. Onlar burada hüquq fakültəsinin diplomlarının qardaş ölkədə tanınması istiqamətində müzakirələr aparıblar.

Professor, doktor Cemal Taluğ isə hər zaman BDU rektoru tərəfindən sıcaq münasibət gördüyünü deyib. O bildirib ki, Ankara Universiteti hüquq, türk dili və ədəbiyyatı ixtisasları üzrə ikili diplomların verilməsinə tərəfdardır.

Rektorlar ikili diplomların verilməsi üçün Ankara Universitetinin tələbələrinin BDU-da, BDU tələbələrinin isə Ankara Universitetində yay məktəblərində iştiraklarının detallarını da müzakirə ediblər. Akademik Abel Məhərrəmov, Amerika, Avropa və Asiya universitetləri arasında elm və təhsilin inkişafı ilə bağlı proqramların olduğunu xatırladaraq Azərbaycan və Türkiyə arasında da belə proqramların olmasının əhəmiyyətini qeyd edib. Bu baxımdan rektor Heydər Əliyev və Atatürk proqramlarının yaradılmasını təklif edib.

Daha sonra BDU ilə Ankara Universiteti arasında beynəlxalq əlaqələri inkişaf etdirmək məqsədi ilə elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Əməkdaşlıq müqaviləsində tədqiqatçı, doktorant və magistrlərin mübadiləsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı, tamamlanmış bakalavr dərəcəsi, ikili diplom proqramları öz əksini tapıb.

İmzalanma mərasimdən sonra rektorlar bildiriblər ki, müqavilədən yararlanan tələbələr həm BDU, həm də Ankara Universitetinin məzunu olacaqlar ki, bu da onlara hər iki qardaş dövlətlə işləmək şansı yaradacaq.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir