BDU-da ən populyar ixtisas məlum oldu

BDU-da ən populyar ixtisas məlum oldu
SOSİAL
22:07 07.09.2026
78
2026/2027-ci tədris ili üzrə Bakı Dövlət Universitetinə (BDU) 600-dən yuxarı bal toplayaraq qəbul olunanların ixtisaslar üzrə bölgüsü açıqlanıb.

Bu il ümumilikdə 600-dən yüksək bal toplayan 504 nəfər BDU-ya qəbul olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib.

600-dən yüksək balla BDU-ya qəbul olunanlar daha çox hüquqşünaslıq ixtisasını seçiblər.

Belə ki, həmin abituriyentlərdən 396-sı hüquqşünaslıq ixtisasında təhsil alacaq.

28 nəfər biotexnologiya, 20 nəfər dövlət və ictimai münasibətlər, 19 nəfər isə riyaziyyat müəllimliyini seçib.

600-dən çox bal toplayan 15 nəfərin seçimi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası olub.

Sonrakı yerlərdə psixologiya (14 nəfər)", riyaziyyat (4 nəfər), komputer elmləri (2 nəfər), kimya müəllimliyi (2 nəfər) gəlir.

Biologiya müəlimliyi, biologiya, beynəlxalq münasibətlər, təhsildə sosial-psixoloji xidmət ixtisaslarının hər birini 1 nəfər abituriyent seçib.
OXŞAR XƏBƏRLƏR