BDU-da Xocalı faciəsinin 20-ci ildönümüylə bağlı tədbir keçirilib

BDU-da Xocalı faciəsinin 20-ci ildönümüylə bağlı tədbir keçirilib
GƏNCLİK
16:21 23.02.2012
2133

Bu gün Bakı Dövlət Universitetində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir və alman alimi Heiko Krügerin “Dağlıq Qarabağ konflikti – hüquqi araşdırmalar” kitabının BDU-nun təşəbbüsü ilə ingilis dilindən rus dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib.

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər. Rektor deyib ki, Ümummilli liderimiz Heydər Əliyev hakimiyyət başına gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırmışlar. Bu gün eyni siyasət Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Fondun Rusiya nümayəndəliyi tərəfindən həyata keçirilir. Aparıcı dövlətlərin ikili standartlarından söhbət açan, Fransa Senatının antidemokratik qərarını xatırladan rektor alman alimi Heiko Krügerin “Dağlıq Qarabağ konflikti – hüquqi araşdırmalar” kitabına da toxunub. Deyib ki, xarici alimlər öz siyasətçilərindən fərqli olaraq, tarixi hadisələrə daha obyektiv yanaşırlar ki, təqdimatı edilən kitab buna nümunədir.

Sonra Tarix fakültəsinin dosenti Boran Əzizin “Xocalı - XX əsrin faciəsi”, Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin “Heiko Krüger və onun Dağlıq Qarabağ münaqişəsi haqqında hüquqi araşdırmaları” mövzusunda məruzələri dinlənilib. Ə. Əliyevin çıxışından məlum olub ki, müəllif apardığı araşdırmalar və topladığı faktlara əsaslanaraq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu sübut edir və bu həqiqətin nə sovet, nə də beynəlxalq hüquq normaları çərçivəsində şübhə altına alına bilməyəcəyi qənaətinə gəlir. Qeyd edir ki, bu bölgənin və ətrafındakı başqa 7 rayonun işğalı birbaşa Ermənistanın hərbi müdaxiləsi, siyasi və iqtisadi dəstəyi nəticəsində həyata keçirilmişdir. Özünü de-fakto müstəqil dövlət elan edən Dağlıq Qarabağ tamamilə Ermənistandan asılı vəziyyətdir. Bu o deməkdir ki, Dağlıq Qarabağ müstəqil bir dövlət kimi özünü təqdim edə bilməz. Bu durum Azərbaycana münaqişənin həlli üçün Azərbaycanın bütünlüyü prinsipini əsas götürmək imkanını verir. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ statusunun danışıqlar nəticəsində müəyyən ediləcəyini qeyd edirlər, beynəlxalq hüquq sübut edir ki, bu status Azərbaycanın tərkibində müəyyən edilməlidir.Tədbirin sonunda Türkiyə səfirliyinin nümayəndəsi Halis Koyuncuoğlu və millət vəkili Gülər Əhmədovanın çıxışları olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir