BDU-nun 8 fakültəsinə dekan təyin edildi

BDU-nun 8 fakültəsinə dekan təyin edildi
GƏNCLİK
15:15 27.05.2011
2820

Qeyd edək ki, təqdim olunmuş sənədlər BDU Elmi Şurasının 05 aprel 2011-ci il tarixli iclasının qərarını rəhbər tutaraq dekan və kafedra müdiri vəzifələrinə təyinolunmanın şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədilə yaradılmış komissiya tərəfindən araşdırılıb. 15 nəfərdən ibarət komissiyanın sədri tanınmış alim, akademik Vasim Məmmədəliyevdir.

Komissiya dekan vəzifəsinə iddiaçılar haqqında fakültənin tərkibində olan bütün kafedralarda iclaslar keçirmiş, onların rəyi nəzərə alınmış, Müsahibə Komissiyasının üzvləri ayrı-ayrılıqda hər bir namizədlə müsahibə aparmış, iddiaçılarla anket sorğusu keçirilmiş, onların idarəetmə sahəsində təcrübəsi, peşə hazırlığı, elmi-pedaqoji fəaliyyəti, kollektiv arasında nüfuzu, yüksək mənəvi keyfiyyətləri nəzərə alınmışdır.

Hər bir iddiaçı barədə araşdırmaların nəticələri sadə səs çoxluğu ilə qiymətləndirilmiş, onların həmin vəzifəyə təyin olunması haqqında rektorluq qarşısında vəsatət qaldırılmış və müvafiq təqdimat verilmişdir.

Məlum olduğu kimi, müsabiqəyə BDU-nun 17 fakültəsindən 15-i qatılmışdı. 7 fakültə üzrə namizədlərin yaş həddi 65-dən yuxarı olduğu üçün həmin fakültələr üzrə Təhsil Nazirliyinin razılığı ilə seçki müvəqqəti olaraq dayandırılmışdır.

Komissiyanın təqdimatı əsasında və rektorun müvafiq əmrinə əsasən 8 fakültəyə aşağıdakı namizədlər təyin edilmişdir:

2 nəfərin sənəd verdiyi mexanika-riyaziyyat fakültəsinə İsgəndərov Nizaməddin Şirin oğlu, 3 nəfərin sənəd verdiyi fizika fakültəsinə Məmmədov Rasim Qara oğlu, 4 nəfərin sənəd verdiyi kimya fakültəsinə Əzizov Abdülsəyid Əbdülrəhman oğlu, Ekologiya və torpaqşünaslıq fakültəsinə Şəmilov Nazim Telman oğlu, 3 nəfərin sənəd verdiyi filologiya fakültəsinə Vəliyev Məhərrəm Tahir oğlu, 8 nəfərin sənəd verdiyi hüquq fakültəsinə Əliyev Əmir İbrahim oğlu, 3 nəfərin qatıldığı beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə Həsənalıyev Zeynal Mədət oğlu, 3 nəfərin sənəd verdiyi sosial elmlər və psixologiya fakültəsinə isə Əlizadə Hikmət Ədül oğlu təyin edilmişdir.

 

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 27 may 2011-ci il. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir