BDU-nun hüquq fakültəsinin keçmiş dekanı vəzifədən getməsi ilə bağlı danışdı

GƏNCLİK
17:55 25.02.2011
3005

Onun vəzifəsini müvəqqəti icrasına  prorektor, professor Elxan Hüseynov gətirilib.

BDU-nun keçmiş rektoru, professor Firudin Səməndərov isə “AzadlıqRadiosunun” bu barədə suallarını cavablandırarkən  məhz belə bir prosesin fonunda vəzifədən kənarlaşdırılmasından təəssüf edir.   


- Firudin müəllim, islahatlar adı ilə keçirilən tədbirdə sizinlə bağlı qəbul olunan qərarı nə dərəcədə ədalətli sayırsınız?

-Mən Universitetlə bağlı bir şey deyə bilmərəm. Çünki buranın işçısıyəm. Amma mətbuatın bunu korrupsiya ilə əlaqələndirməsi ilə də qətiyyən razı deyiləm. Mən ömrümün 45 ilini universitetdə tədrislə məşğul olmuşam. Amma heç kəs, bir tələbə belə, deyə bilməz ki, ona qarşı təmənnalı yanaşmışam. Mən adını təmiz qoruyub saxlayan yeganə adamlardanam və bununla fəxr edirəm. İndi nə edim ki, kimsə məni istəməyən götürüb, mətbuatda bunun əksinə işarə edən şeylər verib. 

- Hər halda bir fərd olaraq hesab edirsiniz ki, sizi rüşvət, korrupsiya kimi məsələlərdə ittiham etmək olmaz?

-Əlbəttə məni belə şeylərdə ittiham eləmək mümkün deyil. Bir az əvvəl auditoriyada idim. Dərsin başa çatdığını bildirən zəngə az qalmış tələbələrdən biri ayağa qalxıb dedi ki, «Firudin müəllim, biz mətbuatda gedən söz-söhbətlərə inanmırıq. Siz müqəddəs adamsınız və biz sizi sevirik».  Məni auditoriyadan gurultulu alqışlarla yola saldılar. 
Axı mən kimə nə etmişəm ki? Mən ömrüm boyu müqəddəs pedaqoq olmuşam. Mən tərbiyyəçi pedaqoq olmuşam. Mən rüşvətxor olmamışam. Heç vaxt mənim boğazımdan rüşvət keçməyib. Nəinki boğazımdan, heç xəyalımdan keçməyib rüşvət. Üzr istəyirəm, mən pul yığan olsaydım, belə dilənçi vəziyyətində yaşamazdım. Nə isə... Mənəvi cəhətdən çox ağrılı bir şeydir. Mənə yaraşmaz ki, qalxam unuversitetin üstündən özümü atam öldürəm. Mənə yaraşmaz bu. Çox xətrimə dəyildi. Universitetin rəhbərliyi də xətrimə dəydi. Axı məni tanıyırlar bunlar. Nə isə..

Amma BDU-nun verdiyi məlumatda rüşvət, korrupsiya məsələsi yoxdur. Bunu mətbuat işçiləri özləri uydurublar. 

- Amma hər halda bu islahat adlandırılan prosesin fonunda adamlar cəzalandırılır. Və bu sırada sizin də adınız var. 

-Axı, üzr istəyirəm, islahat bir qədər dərindən başlamalıdır. Axı bu qara camaat elə həmişə döyüləndi də.  Rüşvətdən. korrupsiyadan söhbət gedirsə bu ancaq yuxarıda oturan vəzifəli şəxsllərlə bağlı masələdir. Hər şeyi qara camaata bağlamaq düzgün deyil axı. Nə isə....

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir