BDU-nun prorektorunun işdən çıxarılması ilə bağlı xəbərə aydınlıq gətirildi

BDU-nun prorektorunun işdən çıxarılması ilə bağlı xəbərə aydınlıq gətirildi
SOSİAL
23:09 20.11.2026
106
Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq universitetin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva məlumat verib.

O bildirib ki, Fərda İmanovun vəzifəsindən azad olunması ilə bağlı mətbuatda yayılan məlumat yeni deyil.

K.Quliyevanın sözlərinə görə, o, bir il əvvəl vəzifəsindən azad edilib.

Qeyd edək ki, Fərda İmanov 2021-ci ildən BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR