“Facebook” sosial şəbəkəsində Qafqazın ən böyuk Tələbə-Təhsil səhifəsi olan "Azerbaycan Universitetleri" səhifəsinin təşəbbüsü ilə duel baş tutub.
Səhifənin admini Sürəddin İsmiyevin AZXEBER.COM-a verdiyi məlumata görə, tələbələrin istəyi ilə baş tutan dueldə Azərbaycanın 2 ən böyuk ali məktəbi Bakı Dövlət Universiteti (BDU) ve Azərbaycan Dövlət İqtisad Universiteti üz-üzə gəliblər. Tələbələr 1 saat ərzində sevimli universitetlərinin statusunu bəyəndim (like) ediblər. 1 saat ərzində 2 mindən çox like yığan BDU duelin qalibi olub. Bu həmçinin Facebookda azərbaycanlı istifadəçilərin rekordu olub. Belə ki, indiyə kimi heç bir status 2000-dən çox like almamışdı. İqtisad Universiteti cəmi 1200 like qazana bilib.
İsmiyev həmçinin onu da vurğulayıb ki, bu duel dünən baş tutmalı imiş. Amma İqtisad Universitetinin tələbələrinin səhifəyə xaker hücumu nəticəsində duel yarımçıq qalmışdı. Bu gün isə duel baş tutub və BDU qalib olub.