BƏƏ Prezidenti Fərid Əhmədovu qəbul edib

BƏƏ Prezidenti Fərid Əhmədovu qəbul edib
DÜNYA
18:59 26.11.2025
120
Noyabrın 25-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovu qəbul edib.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fərid Əhmədov ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını BƏƏ dövlət başçısına çatdırıb.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan dövlət başçısına çatdırmağı xahiş edib.

Əbu-Dabidə baş tutan qəbul zamanı Azərbaycan və BƏƏ prezidentlərinin təşəbbüsləri sayəsində iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində olduğu diqqətə çatdırılıb.

Ölkə başçılarının əldə etdiyi razılıqlar əsasında iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış mülki və ticarət işləri üzrə, eləcə də cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya haqqında müqavilələr çərçivəsində əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ədliyyə sahəsində sıx əməkdaşlığın ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verdiyi qeyd edilib.

Söhbət zamanı iki ölkə arasında hüquqi, eləcə də ədliyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanların olduğu diqqətə çatdırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslərə burun əməliyyatı pulsuz oldu
13:45 03.04.2026
Bu şəxslərə burun əməliyyatı pulsuz oldu
Azərbaycanda qadınlar ən çox bu peşə təhsili sahələrini seçir - SİYAHI
13:42 03.04.2026
Azərbaycanda qadınlar ən çox bu peşə təhsili sahələrini seçir - SİYAHI
Hava ilə bağlı xəbərdarlıq: intensiv yağış yağacaq, güclü külək əsəcək
13:21 03.04.2026
Hava ilə bağlı xəbərdarlıq: intensiv yağış yağacaq, güclü külək əsəcək
Aprel döyüşlərinə həsr olunmuş “Zəfər yolu” adlı layihə təqdim edilib
13:08 03.04.2026
Aprel döyüşlərinə həsr olunmuş “Zəfər yolu” adlı layihə təqdim edilib
"Kızılcık şərbəti"ndən qovulan Doğukan bu serialda çəkilir
13:03 03.04.2026
"Kızılcık şərbəti"ndən qovulan Doğukan bu serialda çəkilir
Azərbaycanda deputat gizli görüşdə yaxalandı: Əri gələndə pəncərədən qaçdı
13:02 03.04.2026
Azərbaycanda deputat gizli görüşdə yaxalandı: Əri gələndə pəncərədən qaçdı
Kıvançın serialında tərəf müqabili böhranı - 3 aydır heç kimi bəyənmir
12:57 03.04.2026
Kıvançın serialında tərəf müqabili böhranı - 3 aydır heç kimi bəyənmir
“Çox deyirdiniz, it kimi küçükləyib, indi dincəldiniz?” - 6 uşağı zəhərlənən ata - VİDEO
12:53 03.04.2026
“Çox deyirdiniz, it kimi küçükləyib, indi dincəldiniz?” - 6 uşağı zəhərlənən ata - VİDEO
Ağciyər xərçənginə qarşı peyvənd hazırlandı - İnsanlar üzərində yoxlanılacaq
12:48 03.04.2026
Ağciyər xərçənginə qarşı peyvənd hazırlandı - İnsanlar üzərində yoxlanılacaq
Azərbaycana turist axını azalıb
12:40 03.04.2026
Azərbaycana turist axını azalıb
“80 yaşım var, işləmək istəmirəm” - Novruz Məmmədov
12:36 03.04.2026
“80 yaşım var, işləmək istəmirəm” - Novruz Məmmədov
"Survivor" Serenay bu azərbaycanlı ilə sevgilidir
12:34 03.04.2026
"Survivor" Serenay bu azərbaycanlı ilə sevgilidir
Hikmət Hacıyev: Azərbaycanda 2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub
12:12 03.04.2026
Hikmət Hacıyev: Azərbaycanda 2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanıldı
11:58 03.04.2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanıldı
Pentaqonda gözlənilməz qərar: Daha iki general işdən çıxarıldı
11:47 03.04.2026
Pentaqonda gözlənilməz qərar: Daha iki general işdən çıxarıldı
Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB
11:42 03.04.2026
Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB