Belçika XİN: Azərbaycanla səmərəli dialoqu davam etdirmək əzmindəyik

Belçika XİN: Azərbaycanla səmərəli dialoqu davam etdirmək əzmindəyik
SİYASƏT
22:41 04.04.2022
540
Brüsseldə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Belçika Krallığının Xarici İşlər, Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

AZXEBER.COM xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Belçika tərəfindən isə ikitərəfli məsələlər üzrə Baş direktor Jeroen Koreman rəhbərlik ediblər.

Siyasi məsləhətləşmələr zamanı Azərbaycan ilə Belçika arasında əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib, əməkdaşlıq üçün bütün sahələrdə geniş potensialın mövcud olduğu bildirilib və bunun inkişaf etdirilməsi üçün qarşılıqlı maraq ifadə olunub.

J.Koreman Azərbaycan ilə Belçika arasında siyasi münasibətlərin yaxşı səviyyədə olması, hökumətlər və parlamentlər səviyyəsində əlaqələrin mövcud olduğunu, səmərəli dialoqu davam etdirmək əzmində olduğunu vurğulayıb.

Məsləhətləşmələr zamanı bu il Azərbaycan ilə Belçika arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı bildirilib.

X.Xələfov ikinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi vəziyyət, erməni işğalından azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi və orada aparılan bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.

Müharibədən sonra regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycan tərəfindən aparılan işlər və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı ölkəmizin təşəbbüsləri barədə məlumat diqqətə çatdırılıb. Sülh quruculuğu prosesinə Avropa İttifaqının töhfəsi müsbət qiymətləndirilib, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 6 apreldə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Brüsseldə növbəti görüşündə müsbət nəticələrin əldə ediləcəyinə inam ifadə olunub.

Daha sonra bir sıra regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə olunub, baş direktor J.Koreman Azərbaycana səfərə dəvət edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
19:26 08.10.2026
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
19:11 08.10.2026
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
18:54 08.10.2026
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
18:41 08.10.2026
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
18:31 08.10.2026
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
18:18 08.10.2026
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
17:48 08.10.2026
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
17:40 08.10.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
17:19 08.10.2026
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
16:56 08.10.2026
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
Cəbrayılda mina partladı - Xəsarət alan var
16:42 08.10.2026
Cəbrayılda mina partladı - Xəsarət alan var
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
16:20 08.10.2026
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
16:19 08.10.2026
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?