xari

Belçikada Çeçenistan əsilli şəxs qətlə yetirilib

DÜNYA
21:15 18.04.2021
324
Belçikanın Lyej şəhər polisi çeçen və kürd diasporları arasında mümkün toqquşmanın qarşısını almağa çalışır.

"Frans-Press” agentliyinin yaydığı məlumata görə, münaqişəyə səbəb aprelin 16-da Çeçenistan əsilli şəxsin öldürülməsi olub.

Bildirilir ki, mərhum 20-30 nəfər maskalı şəxslər tərəfindən hücuma məruz qalıb. Onların kürd olduğu ehtimal edilir. Maskalı və qarageyimli şəsxlər beysbol dəyənəkləri və ən az bir odlu silahla silahlanıblar.
 
Hadisənin görüntüləri şahidlər tərəfindən qeydə alınıb və sosial şəbəkələrdə yayılıb.

Qeyd olunur ki, insidentdən bir gün öncə avtomobil servisi mərkəzində bir çeçen və bir kürd arasında dava düşüb. Nəticədə mərkəzin sahibi və müştərisi xəsarət alıb.

Hüquq-mühafizə orqanlarından qarşıdurma ilə bağlı 28 çeçen və 3 kürdün sorğu-saul olunduğu bildirilib. Onların miqrasiya statusları yoxlanılıb. Yoxlanışlar nəticəsində bir ədəd Kalaşnikov avtomatı müsadirə olunub. 

OXŞAR XƏBƏRLƏR