Bərdə rayonunda evdən qadın meyiti aşkarlanıb.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən evlərdən birində qeydə alınıb.
Meyitin 1981-ci il təvəllüdlü Ülkər Abdullayevaya məxsus olduğu müəyyən edilib.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.











































