“Beş müğənni çağırıb hərəsinə 3-4 min pul verirlər, onlar da qudurur“ - Rasim Balayev

“Beş müğənni çağırıb hərəsinə 3-4 min pul verirlər, onlar da qudurur“ - Rasim Balayev
MƏDƏNİYYƏT
15:32 28.06.2021
4743
Toyların keçirilməsi ilə bağlı hökümətin verdiyi qərar birmənalı qarşılanmadı.

Cəmiyyətin müəyyən hissəsi toy və nişan mərasimlərinin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılmasına alqışlasa da, bu qərara ürəkdən sevinməyənlər də var.

İkincilərin fikrincə, say məhdudiyyətinin tətbiq edilməsi onların arzusunda olduğu məclisinin keçirilməsinə imkan vermir.

Bəs görəsən, iki gəncin ömür yolunu birləşdirən məclislərdə 500-700 hətta bəzən 1000 nəfərin iştirakı bu qədər vacibdirmi?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev toy məclislərinə bu qədər adamın yığılmasını yersiz hesab edib:

"Öz aramızdır, bizdə artıq toyun da, yasın da ağını çıxarmışdılar. Məsələn, toy edirdilər, 700-1000 nəfər qonaq dəvət edirdilər. Mən belə şeyləri öz gözümlə görmüşəm. İndi isə müəyyən qanunlar, qaydalar var. Düzdür. Bizim adət-ənənələrimiz var, amma bizlər əndazəni aşdıq. Fikrimcə, 150 nəfərlə toy etmək yaxşıdır. Biri var hər sənə salam verənə dəvətnamə paylayasan,  biri də var ən yaxınlarına. Toy etmək istəyənlər qohum-əqrəbasını, ən yaxın dostlarını yığsa elə 100-120 nəfər edir. Adamda guya nə qədər qohum-əqrəbası olur ki?”

Aktyor bu tip məclislərdə israfçılıq edənləri sərt şəkildə qınayıb:

"Bu günə qədər 700 nəfərin toyuna gedənləri də başa düşürəm. Başqalarının məclislərində iştirak ediblər, indi də onları öz məclislərində görmək istəyirlər, amma nə etmək olar? Bu Allahın bir bəlasıdır, bunu nəzərə almaq  lazımdır. Bu yaxınlarda mənim bir dostum vəfat etdi, tanınmış biri idi, ad çəkmək istəmirəm. Mən  özüm heç onun yasına gedə bilmədim, çünki pandemiyaya görə ailəsi dedi ki, gəlməyin. Cəmi 5 nəfər aparıb onun meyitini yuduzdurub, dəfn edib sonra da dağılışdılar. Normal vaxtda olsa idi onun cənazəsinə 5 yox 5000 nəfər qatılardı, o qədər tanınmış, hörmətli adam idi. Bu bütün dünyada belədir. Hətta çox ölkələrdə qadağalara gedirlər. 150 nəfərlə toy etmək, vallah, yaxşıdır. Yoldan keçən hər kəsi çağırmaq da düzgün deyil. Mən Şüvəlanda yaşayıram, burada bir nəfər var hər gördüyü adama bir dəvətnamə verir. Hər şeyin həddi var. Bizdə bir az da özünü göstərmək xəstəliyi var. İnsanların bəzisi düşünür ki, əmim oğlunun toyunda 700 nəfər oldu, məndə qoy 1000 olsun. Bununla fəxr edən insanlar var, inanın. Çox mənasız şeylərdir. Beş müğənnini çağırıb hərəsinə 3-4 min manat pul verirlər, onlar da qudururlar. Nolub?  Nə xəbərdir? Bax belə şeylər edib əndazəni aşmışdıq.Vaxtilə bir toyda iştirak etmişdim, toy yiyəsi əlində pul kisəsi dayanmışdı, bir-bir müğənnilər çıxıb oxuyurdu, düşürdü, o da həmin kisədən onlara pul paylayırdı. Bu nədir axı? Konsert salonudur? Bir müğənni oldu kifayət edir. Toyxanalarda musiqinin səsindən oturmaq olmurdu, adamın başı gedirdi”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhunun ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldı
13:29 11.09.2025
Ceyhunun ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldı
Prezidentdən 1,5 milyonluq - Sərəncam
13:13 11.09.2025
Prezidentdən 1,5 milyonluq - Sərəncam
Emin Əmrullayev: Valideynləri sinif təmirinə kimsə məcbur edə bilməz
13:11 11.09.2025
Emin Əmrullayev: Valideynləri sinif təmirinə kimsə məcbur edə bilməz
İlqarə Kazımova: Efirdə çıxıb hansısa mövzuda danışmaq marağımda deyil
13:11 11.09.2025
İlqarə Kazımova: Efirdə çıxıb hansısa mövzuda danışmaq marağımda deyil
Marsda həyatın olduğu sübut edilə bilər - Qayalardan bəbir naxışlar aşkarlandı
13:09 11.09.2025
Marsda həyatın olduğu sübut edilə bilər - Qayalardan bəbir naxışlar aşkarlandı
Məktəblərdə rus bölmələri bağlanacaq? - RƏSMİ AÇIQLAMA
13:07 11.09.2025
Məktəblərdə rus bölmələri bağlanacaq? - RƏSMİ AÇIQLAMA
Təyyarədə sərnişinlərin əl “baqaj”larından oğurluq edənlər saxlanıldı
12:58 11.09.2025
Təyyarədə sərnişinlərin əl “baqaj”larından oğurluq edənlər saxlanıldı
"Müəllim" və "ibtidai" sözlərini yaza bilməyənlər uşaqlarımıza dərs deyib" - Nazir
12:56 11.09.2025
"Müəllim" və "ibtidai" sözlərini yaza bilməyənlər uşaqlarımıza dərs deyib" - Nazir
Sabah leysan yağacaq, temperatur enəcək
12:52 11.09.2025
Sabah leysan yağacaq, temperatur enəcək
Nazir: Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur
12:47 11.09.2025
Nazir: Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur
Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
12:42 11.09.2025
Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanıldı
12:36 11.09.2025
Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanıldı
Həkimə getmədi, ChatGPT-dən soruşdu - Az qala həyatını itirəcəkdi
12:32 11.09.2025
Həkimə getmədi, ChatGPT-dən soruşdu - Az qala həyatını itirəcəkdi
Tramp Qətərin bombalanmasına görə Netanyahunu danladı
12:25 11.09.2025
Tramp Qətərin bombalanmasına görə Netanyahunu danladı
"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
12:19 11.09.2025
"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
12:18 11.09.2025
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb