Beynəlxalq Gənclər ili çərçivəsində “10 Günlük Fəallıq” kampaniyası keçiriləcək

Beynəlxalq Gənclər ili çərçivəsində “10 Günlük Fəallıq” kampaniyası keçiriləcək
GƏNCLİK
19:37 30.11.2010
3428

 

BMT-nin Baş Assambleyası  12 Avqust 2010-cu ildən başlayan ili  Beynəlxalq Gənclər İli elan edən 64/134 qətnaməni  qəbul etdi. Bu Qətnamə dövlətlər, vətəndaş cəmiyyəti, fərdlər və dünyəvi cəmiyyətlərdə  gənclərin fəaliyyətini yerli və beynəlxalq səviyyədə dəstəkləməyə çağırır.                             

10 günlük fəallıq kampaniyası 40 ölkədə keçiriləcək gənclərin məlumatlılığını artırmağa əsaslanan kampaniyadır. Bu sosial media, bloglar, şəkillər, gənclərin ehtiyacları ilə bağlı müzakirələr, gənclərin yerli qərar qəbul ediciləri məlumatlandırmaq, interaktiv teatr, qısa metrajlı filmlər, konsertlər və s. vasitəsi ilə həyata keçiriləcək.  Azərbaycanda bu kampaniya çərçivəsində Y-PEER Azərbaycan, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Təcrübəçiləri Assosiasiyası 1–10 Dekabr arası Park Bulvar ticarət Mərkəzində Ümümdünya QİÇS günü qeyd ediləcək, universitetlərdə fundreyzinq, mədəniyyətlərarası dialoq təlimləri, QİÇS və gender zorakılığına qarşı kino gecələri, ekspertlərin iştirakı ilə dəyirmi masalar, beynəlxalq qaçqınlar mərkəzində beynəlxalq qaçqınların iştirakı ilə konsert və Landmark biznes mərkəzində DJ Rövşən və yerli ulduzların iştirakı ilə əyləncə gecəsi təşkil olunacaq.

OXŞAR XƏBƏRLƏR