'Beynəlxalq Novruz Festivalı Azərbaycanda – 2012'

GƏNCLİK
23:38 20.02.2012
2326
AEGEE-Bakı (Avropa Tələbələr Forumu- Bakı İctimai Birliyi) 15-22 Mart tarixlərində “Beynəlxalq Novruz Festivalı Azərbaycanda – 2012” adlı beynəlxalq tədbir təşkil edəcəkdir. AEGEE-Bakı INFA layihəsi üçün koordinator seçiminə start verdi! Müraciət üçün aşağıdakı linkə daxil olub ərizə formasını doldurun. https://bit.ly/A3uatc Ərizəçilər müsahibə yolu ilə seçiləcək. Müsahibə ingilis dilində olacaq. Müraciət üçün son tarix: 26.02.2012 Layihə çərçivəsində dünya ölkələrindən olan əcnəbi iştirakçılar ölkəmizin tarixi abidələrinə səfərlər edəcək, Bakı şəhərində təşkil ediləcək bayram tədbirlərinə qoşulacaq, həmçinin ailələrdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldə edəcəklər. Ünvan: Əlövsət Quliyev 69, AZ1009, Bakı, Azərbaycan Tel.: (+99412) 4954567 E-poçt: [email protected]/* */ Veb sayt: www.aegee-baki.org

OXŞAR XƏBƏRLƏR