Beynəlxalq Sığorta Şirkəti sığorta bazarının ən çox tanınan təşkilatıdır

İQTİSADİYYAT
16:12 09.03.2012
3000

AzərbaycanMaliyyə NazirliyiDövlətSığortaNəzarətiXidmətininsifarişiilə dünyanın ənböyükbazararaşdırma şirkətlərindənbiriolan «GfKGroup»unTürkiyə bölməsi «GfKTürkiye» təşkilatı Azərbaycanın ən çoxtanınansığorta şirkətlərinimüəyyənedib.

Şirkətin baş ofisindən AZXEBER.COM-a verilən məlumata görə, aparılan bazar araşdırması nəticəsində məlum olub ki, Azərbaycanın ən çox tanınan sığorta təşkilatı Beynəlxalq Sığorta Şirkəti (BSŞ) olub. Belə ki, sorğu nəticəsində BSŞ 9,2% səs çoxluğu ilə sığorta şirkətləri sırasında lider olub.

Aparılan sorğu nəticəsində məlum olub ki, ilk beşliyə «Standart Insurance» , «AtaSığorta» , «Qarant Sığorta» və «Paşa Sığorta» şirkətləri də daxil olub.

Xatırladaq ki, əsas təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan BSŞ 2002-ci ildə fəaliyyətə başlayıb. Şirkət müştərilərinə 5 icbari və 32 könüllü sığorta növü üzrə xidmət göstərir.

Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 12,409 mln. manat, sığorta ödənişləri isə 5,687 mln. manat olub. BSŞ Azərbaycanda sığorta şəhadətnamələrinin on-line satışını tətbiq edən ilk sığorta şirkəti olub.

Cari ilin martın 1-nə şirkətin nizamnamə kapitalının həcmi 8,8 mln. manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR