Bill Qeytsin “Microsoft”u tərk etmə səbəbi işdə məhəbbət macərası olub

MARAQLI
10:42 18.05.2021
400
Ötən il Bill Qeyts "Microsoft”un Direktorlar Şurasını işdə məhəbbət macərası ilə əlaqədar tərk edib.

Bu barədə WSJ məlumatlı mənbəyə istinadla xəbər verib.

Məlumata görə, 2019-cu ildə Direktorlar Şurası "Microsoft”da mühəndis xanımın məktubu ilə əlaqədar yoxlamalar aparmaq üçün hüquqi firmaya sifariş verib. Qadın iddia edirdi ki, bir neçə il Bill Qeytslə eşq yaşayıb.

Amma Bill Qeyts istintaqın nəticələrini gözləmədən şirkətdən çıxıb.

"Microsoft” qurucusunun Mətbuat Xidmətinin rəhbəri milyarderin gediş səbəbinin bu hadisə ilə əlaqədar olmadığını, eşq macərasının isə 20 il əvvəl yaşandığını iddia edib.
 
///oxu.az

OXŞAR XƏBƏRLƏR