Binəqədi rayonunda "Qayğıkeş ana” adlı tədbir keçirildi - FOTOLAR

Binəqədi rayonunda "Qayğıkeş ana” adlı tədbir keçirildi - FOTOLAR
SOSİAL
12:10 22.04.2019
4622
Binəqədi rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş "Qayğıkeş ana” adlı tədbir keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, Aprelin 28-də görkəmli oftalmoloq alim, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi tamam olur.

Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına İstirahət parkında Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunan Binəqədi rayon İcra hakimiyyətinin dəstəyi ilə Bakı Modern Təhsil Kompleksinin şagidlərinin təşkil etdiyi "Qayğıkeş ana” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə çıxışan edən rəsmi nümayəndələr oftalmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd ediblər.

Rəsmi nümayəndələrin çıxışından sonra tədbiri Bakı Modern Təhsil Kompleksinin şagirdləri davam etdirmişdilər.Şagirdlər akademik Zərifə xanım Əliyevanın respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazandığını vurğulamışlar.Həmçinin, Zərifə xanım Əliyevanın dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaradaraq və praktik olaraq elm aləmində yeni bir istiqamətin – "peşə oftalmologiyası"nın əsasını qoyulmasını da iştirakçıların nəzərinə çatdırılıb.

Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacağını şagirdlər xüsusi olaraq vurğulayıblar.

Tədbir Bakı Modern Təhsil Kompleksi şagirdlərinin təşkil etdiyi konsert proqramı ilə davam edib. Xatirə günündə şagirdlərin əl işlərindən ibarət sərgi, ədəbi-musiqili kompozisiya sərgisi, gipsdən hazırlanmış nar maketlərinin bəzədilməsi və çay daşlarının üzərində işləmələr nümayiş olunmuşdur. Tədbirə dəvət olunmuş uşaqların vaxtlarını daha maraqlı keçirmək üçün tədbirdə şahmat yarışı, şən estafetlər, futbol-robot oyunları keçirilmişdir.

Həmçinin tədbirdə Bakı şəhərində yerləşən kimsəsiz uşaq evlərindən olan uşaqlara yardım etmək məqsədi ilə xeyriyyə aksiyası keçirilmişdir. Kimsəsiz, qayğıya ehtiyacı olan uşaqlara maraqlı, qeyri adi təəssuratlarla xatirələrində qalan bir gün təşkil olunub.

Tədbirin sonunda Bakı Modern Təhsil Kompleksinin şagirdləri Zərifə xanım Əliyevanın böyük filosof, gözəl pedaqoq və natiq olmaqla yanaşı ilk növbədə zərif, qayğıkeş ana kimi yaddaşlarda yaşadığını qeyd etmiş və Bakı Modern Təhsil Kompleksinin pedaqoji heyətinin Zərifə Əliyevanın xeyirxahlıq irsini yaşadaraq, şagirdlərdə tərbiyə etmək və cəmiyyəti tolirantlığa, sülh sevərliyə, humanistliyə çağırmağın əsas amalları olduğunu vurğulayıblar.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı