"Bir-birimizi aldatmağı həyat tərzinə çevirmişik" - Deputat ətin qiymətinin artmasına etiraz etdi

"Bir-birimizi aldatmağı həyat tərzinə çevirmişik" - Deputat ətin qiymətinin artmasına etiraz etdi
SOSİAL
14:53 21.08.2023
2868
Azərbaycanda mal ətinin qiymətinin yenidən bahalaşdığı bildirilir. Hazırda mal ətinin kilosu 14-16 manat arasında təklif olunur. Bir həftə ərzində qiymətdə 1 manat bahalaşma müşahidə olunduğu deyilir.

Bəs ölkədə ətin bahalaşmasına səbəb nədir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, mal ətinin qiymətinin 14-16 manata qalxması insanların sosial durumunu ağırlaşdırır:
 


"Bu qiymət hamının alıcılıq qabiliyyətinə uyğun gəlmir. Qiymətin bahalaşmasını nəzərə alaraq müvafiq dövlət orqanları mal ətinin yerlərdə alış qiymətini araşdırmalıdır. Əgər yerlərdə kəndli mal ətini çox ucuz satırsa və onu alıb satanlar bazarda çox yüksək qiymətə satışını həyata keçirirlərsə, o zaman tədbirlər görülməlidir. Ümumiyyətlə kənd təsərrüfatı mallarına alışla-satış arasında icazə verilmiş ticarət əlavəsi tətbiq olunmalıdır. Bir çox kənd təsərrüfatı məhsullarını fermerlər yerlərdə çox ucuz qiymətə satırlar və onun istehsal xərclərini belə çətinliklə qarşılayırlar. Amma alverçilər ucuz aldıqları malları 2-3 qat baha qiymətə bazarlara çıxardır. Bu məsələlər araşdırılmalıdır”.

Deputat qeyd edib ki, eyni zamanda  bazar iqtisadiyyatı olduğuna görə qiymətləri bazar tənzimləməlidir:

"Amma bizim təfəkkürümüz bazar iqtisadiyyatına heç cürə uyğunlaşmır. Elə bil ki, bir-birimizi aldatmaqla daha çox qazanmağı həyat tərzinə çevirmişik. Bazarlar müəyyən insanlar tərəfindən zəbt edildiyindən fermerlərin şəhər bazarlarına çıxışı məhddudur və bu da möhtəkirliyə yol açır. Bazarlarda satıcılar dəyişilmir, illər boyu eyni adamlar oturub alverçilik edirlər. Bu da bazarda azad rəqabətin yaranmasına imkan vermir. Ona görə də bazarlara çıxarılan məhsulların satışına birbaşa fermerlərin çıxışını təmin etməli və azad rəqabətin formalaşması üçün şərait yaradılmalıdır. Fermerin bazarda aylarla oturmaqa vaxtı yoxdur. Bazara çıxardığı məhsulu ucuz qiymətə satışını edib iş başına qayıtmağa maraqlıdır. Bazarda qiymətdə seçim olmasa sövdləşmiş qiymətlər möhkəmlənir və bu da bahalaşmaya yol açır”.

AZXEBER.COM-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, ölkədə ətin qiymətinin artmasının heç bir iqtisadi səbəbi yoxdur:
 


"Dövlət Statistika Komitəsinin məlumatına görə, ət istehsalı 3 faiz artıb. Ölkəyə ət idxalı da artıb. Digər tərəfdən kəsim üçün gətirilən iri heyvanlar da artıb. Təklif artıb, tələbin isə artdığını müşahidə etmirəm. Ət satışı ilə məşğul olan qəssablarla əlaqə saxlayıram, onlar ət satışında canlanmanın olmadığını deyirlər. Ola bilər ki, hardasa süni qiymət artımı olsun”.

Ekspert ətin qiymətinin 20 manata qalxacağı ilə bağlı səslənən fikirlərə də münasibət bildirib:

"Düşünürəm ki, ət istehsalı ilə məşğul olan inhisarçılar ajotaj yaratmağa çalışırlar. Kimlərsə, ətin qiymətini artırmağa cəhd edir”.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
16:12 20.10.2026
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
16:12 20.10.2026
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
Prezident sərəncam imzaladı
15:56 20.10.2026
Prezident sərəncam imzaladı
Nəsimi Musayev Ermənistanda belə həbs olunub - VİDEO
15:52 20.10.2026
Nəsimi Musayev Ermənistanda belə həbs olunub - VİDEO
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi bəyanat yaydı
15:43 20.10.2026
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi bəyanat yaydı
İsveç səfiri Hikmət Hacıyevlə görüşdü
15:40 20.10.2026
İsveç səfiri Hikmət Hacıyevlə görüşdü