Birbank Rəqəmsal Mərkəzlərində bank xidmətlərini daha tez və rahat həyata keçirmək olar

İQTİSADİYYAT
11:09 24.11.2021
144
Müştərilərə göstərilən xidmətlərinin operativ, çevik və keyfiyyətli həyata keçirilməsinə önəm verən Kapital Bank, bank xidmətlərinin rəqəmsallaşması istiqamətində müştərilərinə daim yeni xidmətlər təqdim edir. Hazırda Bankın əsas prioritetlərdən biri müştərilərin daha çox vaxt sərf etdiyi xidmətlərin, kredit əməliyyatlarının rəqəmsallaşmasıdır.

Təsadüfi deyil ki, cari il ərzində Kapital Bank-da istehlak kreditlərinin və BirKart taksit kartının rəsmiləşdirməsinin 52%-i məhz rəqəmsal kanallar vasitəsilə həyata keçirilib. Bu istiqamətdə fəaliyyətini genişləndirən Kapital Bank əhaliyə Birbank Rəqəmsal Mərkəzlərini təqdim edir. Bu mərkəzlər ənənəvi bank filialları ilə müqayisədə bir sıra üstünlüklərinə görə fərqlənirlər. Əsas üstünlüyü isə müştərilərin bank əməkdaşının iştirakı olmadan, özünəxidmət üsulu ilə bir çox xidmətlərdən yararlana bilməsidir. 

Rəqəmsal Mərkəzlərin müştərilər üçün əsas üstünlükləri onlara, nağd pul kreditlərini və BirKart taksit kartını növbə gözləmədən, əlavə sənəd tələbi olmadan rahat şəkildə əldə etmək imkanının yaradılmasıdır. Əlavə olaraq bu mərkəzlərdən istifadə edən müştərilər Bankın standart şərtlərində qeyd olunan tariflər üzrə  (kreditlərin komissiyasında, faiz dərəcələrində və s.) bir sıra endirimlər əldə edə bilirlər.

Hazırda Bakı şəhərində 4 ünvanda Birbank Rəqəmsal Mərkəzləri fəaliyyət göstərir: Elmlər Akademiyası (Yasamal rayonu, 556/57-ci məhəllə, H. Cavid prospekti A), Memar Əcəmi (Nəsimi rayonu, Hüseyn Bala Əliyev küçəsi, 80E), Həzi Aslanov (Xətai rayonu, Məhəmməd Hadi küçəsi 73) və İnşaatçılar (Yasamal rayonu, A. M. Şərifzadə küçəsi 162). Gələcəkdə bu mərkəzlərin sayı artırılmaqla yanaşı, təqdim edilən bank xidmətlərinin sayı da artırılacaq.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/krdt, BirKart sifarişi üçün - https://kbl.az/tkstcrd.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

10:04 23.01.2022

Daha bir Avropa ölkəsi COVİD-19 məhdudiyyətlərinin bir çoxunu ləğv edir

09:55 23.01.2022

Azərbaycanda QANUN DƏYİŞİR: Bunu edənlər həbs ediləcək - VİDEO

08:49 23.01.2022

"Şuşa" adını dəyişdirib, "Buta" etdilər - Utancverici hadisənin təfərrüatı - VİDEO

00:31 23.01.2022

Rəsmi Bakı Xankəndiyə qoşun yeridəcək: Rusiya Ermənistanın bundan xəbərdar olmasını istəyir

23:46 22.01.2022

"Tata Steel": Şəhriyar Məmmədyarov liderliyi əldən verib

23:35 22.01.2022

Azərbaycanda ana və azyaşlı övladları dəm qazından zəhərləndi - ölən var

23:25 22.01.2022

Azərbaycanlı musiqiçi intihar etdi

22:52 22.01.2022

Türkiyədə koronavirusa gündəlik yoluxma sayı 73 minə çatır

22:39 22.01.2022

60 yaşlı qadın intim hislərinə qurban getdi

22:23 22.01.2022

Bərdədə 32 yaşlı kişi güllələndi

22:15 22.01.2022

Azərbaycan Ordusunun hərbçisi həlak oldu

21:45 22.01.2022

Parça və tibbi maska Omikrondan qorumur, faydasızdır - Həkim

21:36 22.01.2022

Texnoblogerdən valideynlərə xəbərdarlıq: “Azyaşlılar bank kartlarınızla tiktokerləri “yemləyir”

21:24 22.01.2022

“Vətəndaş qəbula gəlir, baxırsan ki, ayağı yoxdur, amma..." - Əlillikdən imtina ilə bağlı suallara cavab

20:59 22.01.2022

Çin lideri Putindən Ukraynaya “hücum”u təxirə salmasını istədi

20:50 22.01.2022

Azərbaycanlı tiktokerlər arasında canlı yayımda qalmaqal - VİDEO