"Biz cənab Prezidentimiz İlham Əliyevlə hələ çox zirvələr fəth edəcəyik"

"Biz cənab Prezidentimiz İlham Əliyevlə hələ çox zirvələr fəth edəcəyik"
SİYASƏT
10:53 04.04.2022
474
Dünya miqyasında içtimai-siyasi xadim, müstəqil Azərbaycan dövlətinin  qurucusu Ümummilli Liderimiz Heydər Əliyev xalqımızın ən çətin anında xalqın xilaskarı kimi meydana gəldi. Ruhdan düşmüş xalqa, öz yurd-yuvasından vəhşi, yurdsuz ermənilər tərəfindən qaçqın və köçkün düşmüş insanlara, demək olar ki, ruh verdi. Ordu quruculuğuna başladı. Xarici ölkələrlə siyasi və iqtisadi əlaqələr yaratdı. Xalqımızı, respublikamızı bütün dünyaya tanıtdı. Dahi siyasətçi Heydər Əliyevin daxili və xarici siyasəti sayəsində xalq gələcəyə inamla addımlamağa başladı.

"Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə səhhəti ilə əlaqədar prezidentliyə namizədliyini İlham Əliyevin xeyrinə geri götürdü.         

Seçkilərdə seçicilərin 76 faizdən çoxu 1994-cü ildən bacarıqlı, çalışqan siyasətçi kimi tanıdıqları İlham Əliyevin lehinə səs verdi. Xalq öz doğru seçimini etmışdı.

İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək xalqına layiqincə xidmət etməyə başladı. Xalq "İlhamla irəli” deyərək onu dəstəklədi və arxasınca getdi.

Respublikamızda 2018-ci il 11 aprel tarixində keçirilən növbədənkənar prezident seçkilərində xalq İlham Əliyevə 86,02 faiz səs verərək yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev andiçmə mərasimində demişdi: "Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Bu gün İlham Əliyev xalqının, eyni zamanda bütün dünya azərbaycanlılarının iradəsini ifadə edən məsuliyyətli liderdir.

İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib və həmin institutda da müəllim işləyib, tarix elmləri namizədidir. Rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir. 1991-ci ildən Moskvada "Oriyent” şirkətinin baş direktoru işləyib.

1994-cü ildən başlayaraq 9 il Azərbaycan Dövlət Neft Şirkətinin vitse prezidenti, sonra isə birinci vitse prezidenti olub. Ümummilli Liderimiz Heydər Əliyevin neft strateqiyasının həyata keçirilməsində fəal iştirak edib.  Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
1997-ci ildən Milli Olimpiya Komitəsinin Prezidenti olub. 
Yeni Azərbaycan Partiyası sədrinin müavini, 1-ci müavini sonra - 2005-ci ildə isə partiyanın sədri seçilib.

2003-cü ildə Azərbaycan Respublikasının baş naziri vəzifəsində çalışıb. Dahi Rəhbər Heydər Əliyevlə çiyin-çiyinə işlədiyi müddətdə, yeni müstəqil Azərbaycanın qurulmasında, inkişaf etməsində və Azərbaycan Respublikasının bütün dünyaya inteqrasiyasında Ümummilli Liderin ən yaxın silahdaşı olub.
Cənab Prezident İlham Əliyevin idmana yüksək səviyyədə qayğısı nəticəsində artıq Azərbaycan Respublikası dünyada beynəlxalq idman ölkəsi kimi tanınır. Son zamanlar dünyanın mötəbər idman təşkilatları bir sıra yarışların keçirilməsini Azərbaycana həvalə edirlər.

Azərbaycanda idmanın inkişafına göstərilən qayğı və diqqət nəticəsində paytaxt Bakıda, eləcə də ölkənin ayrı-ayrı regionlarında olimpiya kompleksləri və çoxsaylı idman qurğuları tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikasında idmanın inkişafı ildən-ilə geniş vüsət alır.

Hazırda Azərbaycanda 50-ə yaxın Olimpiya Kompleksi fəaliyyət göstərir. Bundan əlavə 68 min tamaşaçı tutumuna malik olan Bakı Olimpiya Stadionu, Su İdman Sarayı, Bakı Avropa Oyunları Parkı, Respublika Olimpiya Mərkəzi, Paralimpiya İdman Kompleksi və bu kimi bir çox idman qurğuları tikilib idmançıların istifadəsinə verilib. Bütün bunların nəticəsidir ki, idmançılarımız 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak etmişdir. Avropa oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə çıxmışdır. Rio de Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu.
Prezident ilham Əliyevin rəhbərlik etdiyi müddətdə sosial siyasət daim diqqət mərkəzində olub. İşçilərin əməkhaqqları, pensiyalar dəfələrlə artırılıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib istifadəyə verilib və əsaslı təmir edilib. 

2004-cü ildə Bakıda içməli su qıtlığı var idi. Bakı əhalisinin yalnız 25 faizi içməli su ilə təmin olunurdu. Bütün ölkə üzrə isə cəmi 20 faiz əhali içməli su ilə təmin olunmuşdur. 2018-ci ildə artıq respublika əhalisinin 67 faizi içməli su ilə təmin olunmağa başlanmışdır. 

Cənab Prezident İlham Əliyevin Dövlət Başçısı olduğu illər ərzində respublikamızda 15000 kilometr yeni yol çəkilib, yeddi aeroport tikilib, onlardan altısı beynəlxalq statusa malikdir. 

2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu dövrdə ümumi daxili məhsul 3.2 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4.6 dəfə, ixracın həcmi 6 dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3.6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2.2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1.958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 000 nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur.

Sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kredit verilib. Verilən kreditlərin və sahibkarların özlərinin şəxsi vəsaiti hesabına bir çox müəssisələr açılmışdır ki, müəyyən sayda işsiz əhali bu müəssisələrdə  işlə təmin olunmuşdur.

Cənab Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasətini davam etdirərək ordumuzun sürətli inkişaf etməsinə, güclənməsinə nail oldu. Ordumuz texnika, silah-sürsat və döyüş qabiliyyətinə görə dünyanın ən güclü orduları sırasında özünə yer etdi. 

Azərbaycan Ordusu öz gücünü, qüdrətini, döyüş taktikasını 2016-cı ildə Aprel döyüşlərində bütün dünyaya nümayiş etdirdi.

Xalq Prezidentinə inanır və böyük inamla, bir yumruq kimi prezidentinin ətrafında birləşir.

Biz cənab Prezidentimiz İlham Əliyevlə hələ çox zirvələr fəth edəcəyik.

Şəhla Ağbulud

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
19:40 08.10.2026
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
19:38 08.10.2026
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
19:26 08.10.2026
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
19:11 08.10.2026
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
18:54 08.10.2026
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
18:41 08.10.2026
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
18:31 08.10.2026
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
18:18 08.10.2026
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
17:48 08.10.2026
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
17:40 08.10.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
17:19 08.10.2026
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
16:56 08.10.2026
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
Cəbrayılda mina partladı - Xəsarət alan var
16:42 08.10.2026
Cəbrayılda mina partladı - Xəsarət alan var
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?