"Bizə ailə-məişət mövzusunda filmlər lazım deyil" - MÜSAHİBƏ

"Bizə ailə-məişət mövzusunda filmlər lazım deyil" - MÜSAHİBƏ
GƏNCLİK
12:58 18.09.2011
2040
Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Artıq ssenari qəbulu yekunlaşıb. Ssenaristlərlə rejissorların görüşləri davam edir. Festivalla bağlı AZXEBER.COM portalı tanınmış teatrşünasların, rejissorların fikirlərini oxuculara müntəzəm olaraq təqdim edir.Tanınmış rejissor Mərahim Fərzəlibəyov da festivalla bağlı fikirlərini AZXEBER.COM portalına bölüşüb.

- Bu festivala münasibətiniz necədir?

- Vətənpərvərlik haqqında filmlər, kitablar, teatrlar vacibdir, çünki bizim şagirdlər bilsələr ki, öz analarını, bacılarını qorumaq üçün, əsirlərin, qaçqınların intiqamını almaq üçün canından keçən oğullar var bu onlara örnək olar. Mübariz İbrahimov da belə oğullardandır. Düşünürəm ki, onun xatirəsinə belə bir festivalın hazırlanması çox müsbət haldır. Vaxtilə SSRİ-də Pablik Marozo varidi. O özünü kapitanına güllə dəyməsin deyə, pulemyotun qabağına verdi. Və buna görə onun haqqında çoxlu filmlər çəkildi, işıqlandırıldı. Amma Mübarizin etdiyi ilə bunun arasında yerlə göy qədər fərq var. Mən çox sevinirəm ki, onun haqqında filmlər çəkilir, yazılar yazılır, unudulmur. Mən özüm də bir çox filmlərin, onlarla teatr tamaşalarının yaradıcısı olsam da, yaxın gələcəkdə Mübariz haqqında böyük bir tamaşa hazırlamaq istəyirəm. Nəinki Mübariz haqqında, bütün şəhidlərimiz haqqında belə filmlərin çəkilməyini istəyərdim. Bizə ailə-məişət mövzusunda filmlər lazım deyil. Bundansa vətənpərvərlik mövzusunda filmlər olsa, daha yaxşı olar.

- Sizcə Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı gənclərimizə nə kimi töhfələr verəcək?

- Sovet dövründə filmlər, şeirlər, musiqilər vasitəsilə o qədər təbliğat olundu ki, döyüş olduğu anda könüllü surətdə hamı gedirdi. Yəni ədəbiyyat təbliğat funksiyası da daşıdığı üçün gənclərə vətənpərvərlik ruhunun aşılanmasında çox xeyri olacaq.

Belə gözəl iş gördüklərinə görə də bütün iştirakçıların hamsını təbrik edir, uğurlar arzulayıram.

Ülkər Eldarqızı

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
14:42 12.05.2025
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
Pakistan PKK-nın buraxılmasını Türkiyədə sülhə doğru addım kimi alqışlayıb
14:37 12.05.2025
Pakistan PKK-nın buraxılmasını Türkiyədə sülhə doğru addım kimi alqışlayıb
AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir
14:16 12.05.2025
AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir
Əməkdar artist Prezidentin onun mahnısını dinləməsindən danışdı
14:14 12.05.2025
Əməkdar artist Prezidentin onun mahnısını dinləməsindən danışdı
Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır şərtlər
14:14 12.05.2025
Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır şərtlər
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
14:11 12.05.2025
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
14:00 12.05.2025
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
13:55 12.05.2025
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
13:46 12.05.2025
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
Qazaxıstandan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA
13:42 12.05.2025
Qazaxıstandan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA
Elnarə Abdullayeva da qalmaqala qoşuldu: "Məni heç kim məşhur etməyib"
13:39 12.05.2025
Elnarə Abdullayeva da qalmaqala qoşuldu: "Məni heç kim məşhur etməyib"
Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi
13:36 12.05.2025
Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi
Balaca Elxan təcili əməliyyat olunmalıdır - FOTO - VİDEO
13:30 12.05.2025
Balaca Elxan təcili əməliyyat olunmalıdır - FOTO - VİDEO
"Gözlənilməz hadisələrə hazırlıqlı olun" - Astroloqdan XƏBƏRDARLIQ
13:22 12.05.2025
"Gözlənilməz hadisələrə hazırlıqlı olun" - Astroloqdan XƏBƏRDARLIQ
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
13:18 12.05.2025
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
Enerji içkiləri gənclər üçün təhlükəlidir – Mütəxəssislər həyəcan təbili çalır
13:16 12.05.2025
Enerji içkiləri gənclər üçün təhlükəlidir – Mütəxəssislər həyəcan təbili çalır