BLBS gənclərə biznesdə brend yaratmağın sirlərini öyrətdi

GƏNCLİK
01:48 14.09.2011
2578
“BLBS” ( “Baku Language and Business School” ) Azərbaycanda ilk dəfə olaraq gənclərin biznes bacarıqlarının artırılması və gələcək biznemenlərin inkişafına dəstək olmaq üçün yeni kampaniyaya başlamışdır. Kampaniyanın məqsədi gənclər üçün silsilə biznes təlimləri təşkil etməkdir.İyul ayının sonlarında Lənkəran şəhərində təşkil olunan “Start up Business- Yay Düşərgəsi” adlı təlim ilə kampaniya start götürmüşdür. Təlimin mövzusu biznes planın yazılması və idarə olunması olmuşdur.Kampaniya çərçivəsində ikinci təlim 10-11 sentyabr tarixlərində Quba rayonu Qəçrəş kəndində təşkil olundu. Bu dəfəki təlimdə iştirakçılar “Şirkətin təşkilatı quruculuğu və idarə olunması”, “Bədən dili”, “PR və marketing”, “Brandin yaradılması” mövzularını öyrəndilər. Təlimçilər “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının sədri Tofiq Sadıxov, BLBS-in baş meneceri Toğrul Ələkbərov, “Brand Solution” şirkətinin həmtəsisçisi Elgün Xəlilov və BLBS-in layihələr üzrə koordinatoru Mirşahbaz Seyidli olan təlim iştirakçıların qiymətləndirməsinə görə yüksək səviyyədə keçib. Kampaniyanın növbəti belə bir təlimi oktyabr ayına planlaşdırılır. Bundan əlavə mütəmadi olaraq biznes yönümlü master klaslar və təlimlər təşkil olunacaq. Xatırladaq ki 9 aydır ki fəaliyyət göstərən “BLBS” (“Baku Language and Business School”)-in əsas məqsədi Azərbaycan gənclərinə keyfiyyətli təhsil verməkdir. Hal-hazırda təhsil mərkəzi ümumi ingilis dili, pre-TOEFL, pre-İELTS, TOEFL, İELTS və eləcə də digər xarici dilləri tədriz edir. Bununla yanaşı yaxın gələcəkdə biznez təlimləri və nüfuzlu ACCA, CİMA sertifikatları almaq üçün dərslər təşkil olunacaq. Bu həftə sonu təşkil olunacaq tədris ilinin açılışı tədbirinə BLBS-lə tanış olmaq istəyən hər bir gənc dəvətlidir. Görüşdə BLBS-in biznes təlimlərində uğurla iştirak etmiş gənclərin sertifikatları da veriləcək.

OXŞAR XƏBƏRLƏR