Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO
SOSİAL
23:08 03.09.2026
67
Bloger və influenserlər üçün yeni fəaliyyət kodu yaradılıb.

AZXEBER.COM Xəzər TV-yə istinadla xəbər verir ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, məqsəd sosial media və digər rəqəmsal platformalardan gəlir əldə edən şəxslərin fəaliyyətini ayrıca uçota almaqdır.
 
Xidmətin idarə rəisinin müavini Günel Bəhramqızı bildirib ki, yenilik bu sahədə iqtisadi dövriyyənin daha dəqiq müəyyənləşdirilməsinə və statistik məlumatların dolğun formalaşdırılmasına imkan verəcək. Bu şəxslərin vergi dərəcələri və mövcud öhdəlikləri isə dəyişmir.

Əslində sosial media üzərindən qazanc əldə edənlərin həmin gəlirləri rəsmiləşdirmək və vergi öhdəliklərini yerinə yetirmək tələbi əvvəllər də mövcud idi. Lakin, onların fəaliyyəti ayrıca təsnif edilmədiyindən bu sahədə yaranan ümumi dövriyyəni və büdcəyə ödənilən vergiləri dəqiq müəyyənləşdirmək çətinləşirdi.

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, yeni yanaşma mövcud öhdəlikləri artırmadan rəqəmsal gəlirlərin ayrıca statistik mənzərəsini formalaşdıracaq.

OXŞAR XƏBƏRLƏR