BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib

BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib
SOSİAL
12:01 22.05.2025
595
Mühəndislik Universitetində (BMU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi ilə birlikdə müzakirə formatında görüş təşkil edilib.

İlk olaraq çıxış edən rektor Yaqub Piriyev görüşün BMU ilə ATİAHİ arasında əlaqələrin gücləndirilməsi, münasibətlərin daha səmərəli əməkdaşlıq əsasında tənzimlənməsi istiqamətində atılan növbəti addımlardan biri olduğunu vurğulayıb. Rektor ATİAHİ-nin son dövrlərdə həyata keçirdiyi tədbirlərə toxunub və təhsil işçilərinin hüquqlarının qorunması, sosial-bərabərlik, ədalət prinsipinə riayət olunması baxımından fəaliyyətini müsbət qiymətləndirib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ATİAHİ Respublika Komitəsinin dövlətin gənclər siyasətinə fəal dəstəyini ayrıca qeyd edən rektor onların sosial müdafiəsinin gücləndirilməsi, potensiallarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən müxtəlif tədbirləri sadalayıb. Belə layihələrdən biri kimi "Adlı təqaüd”ə layiq görülən tələbələrin sayının cari tədris ilində əhəmiyyətli şəkildə artırılmasına diqqət çəkən Yaqub Piriyev, eyni zamanda bu gənclər arasında BMU tələbələrinin də olduğunu və layihənin onlara stimul verdiyini fikirlərinə əlavə edib.

Sonra ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev çıxış edərək son dövrlər universitetlə həmkarlar ittifaqı arasında əməkdaşlığın daha koordinasiyalı, təşkilatlanmış və faydalı şəkildə inkişaf etdirildiyini bildirib. Bugünkü görüşün də əsas məqsədinin həm ittifaq tərəfindən həyata keçirilən yenilikləri açıqlamaq, həm də pedaqoji heyəti maraqlandıran məsələlərə aydınlıq gətirmək olduğunu deyən komitə sədri gerçəkləşdirilən tədbirlərlə bağlı geniş məlumat verib. Həmçinin sağlamlıq və istirahət məkanlarına göndərişlərlə bağlı yenilikləri, qurumun nəzdində olan istirahət mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi, elektonlaşma və s.  istiqamətlərdə atılan addımları, gələcəkdə icrası planlaşdırılan layihələri diqqətə çatdırıb.

Müzakirələrlə davam edən görüş zamanı iştirakçıların təklifləri dinlənilib və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
16:55 18.08.2026
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
16:48 18.08.2026
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
16:45 18.08.2026
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
16:21 18.08.2026
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
16:20 18.08.2026
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
16:10 18.08.2026
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
15:50 18.08.2026
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
Bu ölkələrdə məktəb başlayanda ailələrə pul verilir - Siyahı
15:44 18.08.2026
Bu ölkələrdə məktəb başlayanda ailələrə pul verilir - Siyahı
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
15:38 18.08.2026
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
15:36 18.08.2026
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
15:21 18.08.2026
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
Deputatdan Rusiyadakı Azərbaycan əleyhinə çağırışlara sərt REAKSİYA
15:14 18.08.2026
Deputatdan Rusiyadakı Azərbaycan əleyhinə çağırışlara sərt REAKSİYA
Qaradağda oğurluq edən şəxs saxlanıldı
15:07 18.08.2026
Qaradağda oğurluq edən şəxs saxlanıldı
“Azərbaycanda qız övladına yalnız ailə quracaq biri kimi baxırlar”
15:06 18.08.2026
“Azərbaycanda qız övladına yalnız ailə quracaq biri kimi baxırlar”
Endirim görəndə niyə ehtiyacımız olmayan məhsulu alırıq?
15:01 18.08.2026
Endirim görəndə niyə ehtiyacımız olmayan məhsulu alırıq?
Abşeronda vəkil saxlanıldı
14:55 18.08.2026
Abşeronda vəkil saxlanıldı