“Bookline” bitən layihə yox, yenidən səhifələnən kitabdır…

“Bookline” bitən layihə yox, yenidən səhifələnən kitabdır…
MƏDƏNİYYƏT
15:19 01.05.2026
415
Bookline başa çatdı. Amma bu, bir layihənin sonuna qoyulan nöqtədir, ideyanın yox! Necə ki, kitabı oxuyursan və sadəcə qapayırsan, lakin sənin üçün bitmir - ruhundakı, ağlındakı səyahəti davam edir. 

Bu platformada biz sadəcə söhbət etmədik - bəzən müəllifin düşüncəsində, bəzən də oxucunun susqunluğunda çaşıb qaldıq. Aqşin Yenisey ilə sözün sərt gücündən və ədəbiyyatın komfort zonası olmadığından danışanda, əslində kitabın oxucunu necə silkələməli olduğunu xatırladıq. 

Elçin Mirzəbəyli ilə söhbət kitabın yoxluğundan doğan səssiz boşluq haqqında idi. Oxumayan toplumun tədricən düşünmək qabiliyyətini itirməsi, cümlələrin sadələşməsi, fikirlərin isə kasadlaşması - bu, statistik göstərici deyil, gündəlik həyatın ruhunda bariz görünən həqiqətdir.

Şahbaz Xuduoğlu kitabın arxa səhnəsini açdı — bir ideyanın necə mətnə, mətnin necə kitaba çevrildiyini analiz etdi. Kitabın sadəcə yazılmadığını, həm də "yaşadıldığını” göstərdi. 

Qan Turalı ilə isə yazıçının zamanla münasibətindən danışdıq. Xatırlamış olduq ki, yazmaq təkcə ilham yox, uzun bir səbr, tənhalıq və özünlə mübarizənin prosesə çevrilən transformasiyasıdır.

Aysel Əlizadə isə müasir dövrün dilemmasını ortaya qoydu: sosial şəbəkələrin sürəti ilə ədəbiyyatın dərinliyi arasında qalan yazıçı... Oxucu artıq sürətli həyatı seçir, amma kitab hələ də dayanmağı, anı yaşamağı tələb edir.

Qulu Ağsəs ilə poeziya haqqında danışmaq, əslində az sözlə çox deməyin məsuliyyətini hiss etmək idi — bir misranın içində bütöv bir həyatın gizlənməsi kimi. Onun poeziyasında söz artıq yükdən azad olur, yalnız ən zəruri hissə qalır. Və elə buna görə də hər misra oxucunun içində ƏBƏDİ yaşayır - tələsmədən, sakitcə.

Və Seyran Səxavət — onunla söhbət yaddaşın, həyatın və ədəbiyyatın bir-birinə qarışdığı nöqtədə quruldu; sanki hər xatirə bir cümləyə, hər cümlə bir hekayəyə çevrilirdi. Onun danışığında zaman düz xətt kimi yox, qayıdıb dolaşan bir yol kimidir — hər dönüşdə insan öz keçmişinə bir az daha yaxınlaşır.
Bu görüşlərin ortaq nöqtəsi KİTAB idi. Yadımıza saldıq ki, kitab — təkcə oxunan bir mətn yox, insanın özünə qayıtdığı yurdudur. Hər podkast həmin o vacib sualı yenidən doğurdu: niyə oxuyuruq, ya da niyə oxumuruq? Cavablar fərqli səslənsə də, hamısı eyni həqiqətə çıxırdı — kitab insanı dəyişmir, onu özü ilə üz-üzə qoyur. Bəlkə də elə bundan qaçırıq…

Bu ideyanın arxasında təşkilati bir iradə dayanırdı. "Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin donorluğu ilə, Alternativ Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirildi. 
Layihə bitdi. Amma əgər bu söhbətlərdən sonra kimsə bir səhifəni daha diqqətlə oxuyursa, bir cümlənin altını cızırsa, ya da sadəcə kitabı əlindən yerə qoymağa tələsmirsə — deməli, "Bookline” hələ də davam edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha hökm oxundu
21:38 17.06.2026
16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha hökm oxundu
Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən bahalaşma olacaq
21:35 17.06.2026
Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən bahalaşma olacaq
Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO
21:31 17.06.2026
Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO
Ziyan yarım milyon manata yaxın olub... - İlk dəfə
21:28 17.06.2026
Ziyan yarım milyon manata yaxın olub... - İlk dəfə
Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ
21:18 17.06.2026
Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verildi
21:12 17.06.2026
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verildi
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
20:57 17.06.2026
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Bu ərazidə qaz olmayacaq
20:54 17.06.2026
Bu ərazidə qaz olmayacaq
Bakıkartdan ödənişlərdə yaranan problemlə bağlı AÇIQLAMA
20:42 17.06.2026
Bakıkartdan ödənişlərdə yaranan problemlə bağlı AÇIQLAMA
Direktordan sonra müavini də işdən çıxdı
20:40 17.06.2026
Direktordan sonra müavini də işdən çıxdı
Yasamaldakı yanğınla bağlı məhkəmə başladı - "Övladımın ölümünə səbəb olanlar ağır cəzalandırılmalıdır"
20:34 17.06.2026
Yasamaldakı yanğınla bağlı məhkəmə başladı - "Övladımın ölümünə səbəb olanlar ağır cəzalandırılmalıdır"
Bruno Lanqa “Qarabağ”da
20:23 17.06.2026
Bruno Lanqa “Qarabağ”da
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı - Ən yüksək balı onlar topladı
20:12 17.06.2026
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı - Ən yüksək balı onlar topladı
ADSEA-dan su ehtiyatları ilə bağlı vacib XƏBƏRDARLIQ
20:05 17.06.2026
ADSEA-dan su ehtiyatları ilə bağlı vacib XƏBƏRDARLIQ
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib
19:39 17.06.2026
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
19:26 17.06.2026
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək