Brayantın qəzaya uğradığı helikopterin pilotu qaydaları pozub

İDMAN
12:16 23.02.2020
5859
Beşqat NBA çempionu Kobi Brayantın qəzaya uğradığı helikopterin pilotu Ara Zobayan daha əvvəllər əlverişsiz meteoroloji şəraitdə uçuş qaydalarını pozub.

AZXEBER.COM oxu.az-a istinadən bildirir ki, bu barədə "Los Angeles Times" ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) tərəfindən yayılan məlumata istinadən xəbər verir.

Nəşr bildirir ki, 2015-ci ildə aviadispetçer hava şəraiti vizual uçuş qaydalarına uyğun olmadığı üçün Zobayanın idarə etdiyi AS350 helikopterinə Los-Anceles hava limanının yaxınlığında hava məkanına daxil olmağı qadağan etmişdi. Qeyd edilir ki, Zobayan bu pozuntuya görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Xatırladaq ki, içərisində məşhur basketbolçu Kobe Brayant və qızı Canna olan helikopter yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində qəzaya uğrayıb. Onun göyərtəsindəki 9 nəfərin hamısı həlak olub.

OXŞAR XƏBƏRLƏR