Braziliyada şiddətli yağışlar dörd nəfərin ölümünə səbəb olub

Braziliyada şiddətli yağışlar dörd nəfərin ölümünə səbəb olub
DÜNYA
10:08 02.05.2026
208
Braziliyanın şimal-şərqində yerləşən Pernambuky əyalətində şiddətli yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində azı dörd nəfər ölüb.

AZXEBER.COM xəbər verir ki, hadisələr zamanı onlarla insan xəsarət alıb.

Ən pis vəziyyət ştatın paytaxtı Resifi şəhərində və ətraf ərazilərdədir.

Uzun müddət davam edən yağışlar dağlıq ərazilərdə torpaq sürüşmələrinə səbəb olub, evlərə ziyan vurub və yolları su basıb.
 
 
\apa
OXŞAR XƏBƏRLƏR