BTQ gələn il tam istismara veriləcək

BTQ gələn il tam istismara veriləcək
SİYASƏT
19:10 30.11.2023
426
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gələn il tam istismara verilməsi planlaşdırılır.

Bu barədə APA-nın Tbilisi müxbirinə müsahibəsində Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deyib.

O, BTQ-nin Trans-Xəzər nəqliyyat dəhlizinin ayrılmaz hissəsi olduğunu, tammiqyaslı istismarının təmin edilməsi məqsədilə Azərbaycanla səmərəli əməkdaşlıq edildiyini vurğulayıb:

"Biz Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttində bütün işlərin demək olar 90 faizini tamamlamışıq. Bizim Azərbaycanda nəqliyyat nazirliyindəki həmkarlarımızla son dərəcə yaxşı əməkdaşlığımız var. Ona görə də biz hazırda tikinti fəaliyyətlərinə tam fokuslanmağa qərar vermişik. Hazırda işlər çox yaxşı gedir, yaxşı proqres var. Layihənin çox tezliklə tamamlanacağına ümid edirəm. Hazırda bizim bütün aidiyyəti tərəflərlə tam koordinasiyamız var və mən düşünürəm ki, biz tikinti fəaliyyətlərinə, tikinti işlərinə fokuslandığımıza görə işləri gələn ilin əvvəlində tamamlayacağıq və bundan sonra BTQ tam funksional dəmir yolu xətti olacaq.
Bizim bu dəhlizlə pilot nəqllərimiz olub. Lakin biz hazırda infrastruktur fəaliyyətlərinə tam diqqət yetirmək, yolu tamamlamaq qərarı qəbul etmişik və bu yeni dəmir yolu xəttinin tammiqyaslı istismarına çalışırıq. Bu yol Trans-Xəzər nəqliyyat dəhlizinin ayrılmaz hissəsidir. Ona görə də güman edirəm ki, biz artıq gələn il Cənub-Şərqi Asiyadan vacib yükləri qəbul edə, Qərb ölkələrinə nəql edə, eləcə də əksinə hərəkəti təmin edə biləcəyik. Bu, çox yaxşı tərəqqidir”.

Levan Davitaşvili Gürcüstanla Azərbaycan arasında istismara veriləcək yeni "İpək Yolu” gömrük-keçid məntəqəsinin iki ölkənin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına önəmli töhfəsi olacağını vurğulayıb. "Azərbaycan və Gürcüstan - biz ayrılmazıq. Biz mal və xidmətlərin ən sadə nəql imkanlarına malik olmalıyıq, əlbəttə ki, prosedurların da. Biz prosedurları sadələşdirməliyik. Ona görə də biz malların tranziti və kommunikasiya baxımından bu son dərəcə səmərəli platformanı tikirik. Həmçinin gömrük xidmətləri də çox vacibdir. Ona görə də düşünürəm ki, bu, Gürcüstan və Azərbaycan arasında ticarət dəhlizlərinə daha bir töhfə olacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var
İranda 70 siyasi məhbus edam edildi
20:30 06.10.2026
İranda 70 siyasi məhbus edam edildi
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:23 06.10.2026
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq