Astroloqlara görə, bəzi bürclər insanların niyyətlərini daha tez anlayır və psixoloji təsirlərə qarşı daha davamlı olurlar.
AZXEBER.COM demokrat.az-a istinadən xəbər verir ki, astroloji şərhlərdə xüsusilə üç bürcün manipulyasiyaya qarşı həssas olmadığı qeyd edilir. Bu bürclərin nümayəndələri güclü müşahidə qabiliyyəti, analitik düşüncə və intuisiyaları ilə seçilirlər.
Əqrəb
Astroloqlara görə, Əqrəb bürcü insanları qarşı tərəfin davranışlarını və gizli niyyətlərini hiss etməkdə olduqca bacarıqlıdır. Onlar hadisələrin görünən tərəfi ilə kifayətlənmir, hər detalı təhlil etməyə çalışırlar. Bu səbəbdən onları aldatmaq və ya yönləndirmək asan olmur.
Qız
Analitik düşüncə tərzi ilə tanınan Qız bürcü nümayəndələri hər şeyi məntiq süzgəcindən keçirirlər. Onlar emosiyalardan çox faktlara güvəndikləri üçün manipulyativ davranışları tez fərq edə bilirlər. Qız bürcü insanları qərar verməzdən əvvəl vəziyyəti ətraflı qiymətləndirməyə meyllidirlər.
Dolça
Müstəqil xarakteri və fərqli düşüncə tərzi ilə seçilən Dolça bürcü nümayəndələri başqalarının təsiri altına düşməyi xoşlamırlar. Astroloji şərhlərə görə, onlar sərbəst qərar verməyə üstünlük verir və sosial təzyiqlərə qarşı daha dözümlü olurlar.