"Bu addım İslam dininə və ölkənin Konstitusiyasına ziddir və bu hər kəs tərəfindən pislənilir".

GƏNCLİK
18:05 09.01.2011
2405
   Konstitusiyamızda dinin dövlətdən ayrı olduğu göstərilib. Bu o deməkdir ki, din dövlətin daxili işinə qarışmamalıdır. Amma çox təəssüflər olsun ki, bəzi “İslamçı qüvvələr” öz şəxsi maraqları üçün, din adıyla inanclı insanları dövlətə qarşı çıxmağa səsləyir. Bu addım İslam dininə və ölkənin Konstitusiyasına ziddir və bu hər kəs tərəfindən pislənilir.

Din siyasətdən uzaq olmalı və kimlərsə insanların dini kimliyindən öz siyasi məqsədləri naminə istifadə etməməlidir. Amma son zamanlar Azərbaycan İslam Partiyası və onun rəhbəri Mövsüm Səmədov kimi şəxslər din adıyla öz siyasi məqsədləri naminə Azərbaycan Dövlətinə qarşı təhqiramiz ifadələr səsləndirir və insanları dövlətə qarşı olmasına çağırır.

Bütöv Azərbaycan Gənclər Təşkilatı olaraq bu kimi insanların fəaliyyətlərini pisləyir və aidiyyatı orqanların bu insanların məkrli siyasətinin qarşısını almaq üçün qanun çərçivəsində addım atmasını istəyirik. İnanclı soydaşlarımızı belə “islamçı qüvvələrin” din adı altında gördükləri iyrənc işlərə uymamağa və bu insanlara qarşı mübarizə aparmağa çağırırıq.

 

OXŞAR XƏBƏRLƏR