Bu ay Günəş və qismən Ay tutulması olacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, ilin ilk Günəş tutulması mayın 10-da Bakı vaxtı ilə 2.27-də başlayacaq, 7.18-də bitəcək. Bu tutulma cənub yarımkürəsində görünəcək, Azərbaycan ərazisindən müşahidə edilməyəcək.Qismən Ay tutulması mayın 25-də səhər saat 09.00-da başlayacaq, 9.22-də bitəcək. Bu təbiət hadisəsi də Azərbaycan ərazisindən görünməyəcək.