"Son günlər mutasiyaların əlamətlərində dəyişikliklər var. Əvəllər ilk 10 əlamətdə iybilmə və dadbilmənin itməsi insanlarda əminlik yaradırdı ki, koronavirusa yoluxublar. Lakin İngiltərə və ABŞ-da aparılan araşdırmalar göstərib ki, iybilmə və dadbilmə itmədən koronavirusa yoluxanların sayı artıb".
AZXEBER.COM xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İşgüzar səhər" verlişində qonaq olan Səhiyyə Nazirliyinin nümayəndəsi Günay Quluzadə bildirib.
Nazirlik rəsmisi həmçinin vətəndaşları bu məsələdə ehtiyatlı olmağa çağırıb: "Hazırda mövsümi qrip də yayılıb. Bunu nəzərə alaraq vətəndaşlar səhhətlərində hər hansı narazçılıq hiss edərlərsə, mütləq həkimə müraciət etməli və ya yaxma test verməlidir.