Bu gün Əliağa Vahidin doğum günüdür - QƏZƏLLƏR+VİDEO

Bu gün Əliağa Vahidin doğum günüdür - QƏZƏLLƏR+VİDEO
MƏDƏNİYYƏT
08:00 18.02.2012
3506

İsgəndərov Əliağa Məmmədqulu oğlu (Əliağa Vahid) (1895-ci ilin bu günündə Bakı şəhərində anadan olub. Əliağa Vahid mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer: "Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s. yazmış, "Kommunist" qəzetində, "Molla Nəsrəddin" jurnalında əməkdaşlıq etmişdir. "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şerlərdə yeniliyə mane olanlar, kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə ("Döyüş qəzəlləri", 1943; "Qəzəllər", 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və b.-nın qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.AZXEBER.COM Əliağa Vahidin qəzəllərindən bir neçəsini və onun haqda hazırlanan verilişi təqdim edir. ***Hər kim mənə tən eyləsə meyxanələr içrə,Qan olsun onun badəsi peymanələr içrə.Öz xəlqinə hər kim mey içib versə əziyyət,Olsun yeri bayquş kimi viranələr içrə.Mümkünsə fəsad əhli ilə həmqədəh olma,Nöqsan yetirər şəninə biganələr içrə.Cəhd eylə o kəslərlə çalış, badəni qaldırİnsan kimi zövq artıra məstanələr içrə.Pərvanə əgər şəmə yanır atəşi qəmləMən də yanıram hər gecə pərvanələr içrə.Bir zülfü siyah dilbərə çoxdandır əsirəm,Məhşuram o gündən bəri divanələr içrə.Vahid biləcək qədrini sərraf əgər olsa,Saxlar bu gözəl şerini dürdanələr içrə.GözəldirHər aşiqə öz istədiyi yarı gözəldir,Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.İlqarı gözəl olmayanı istəməz aşiq,Can ver elə cananə ki ilqarı gözəldir.Mən bir uca boylu gözəlin zülfünə bəndəmRüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,Amma bizim ölkə bütün – elcari gözəldir.Yar olsa mənimlə mənə biganə nə eylər?Uçmaz elə bir xanə ki memarı gözəldir.Mən istədiyimçün o gülü qeyri də sevdiQiymətli o şeydir ki xiridarı gözəldir.Vahid, mənə insaf elə, sima ilə baxma,Əhsən elə bir şairə əşarı gözəldir.TələsməSəbr eylə könül, möhnəti hicranə tələsmə,Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.Kam almayacaq ayrılığa bais olanlar,Aşiq yetəcək sevgili cananə tələsmə.Pərvanə əgər yansa da şəmin sitəmindən,Şəmin də yaxar ömrünü pərvanə tələsmə.Zahid çalışır yıxmağa meyxanə binasın,Məscid qalacaq, əksinə, viranə, tələsmə .Gül zövqünü çəkmək əbədi xarə də qalmaz,Bülbül gələr əlbətdə gülüstanə tələsmə.Gündən-günə artır bu gözəl huriliqalarDünya dönəcək cənnəti rizvanə tələsmə.Vahid içəcəksən demə ki tövbələr olsun,Cəlb eyləyər axır səni meyxanə tələsmə.Bəs nə deyim?Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim?Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm?Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?Çırpınır quş kimi hər zülfünü gördükcə könül,Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim?Gözlərin həsrətini çəkməyən aşiq yoxdur,Sənə mən afəti-dünya deməyim, bəs nə deyim?Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!Sənə güldən də mən əla deməyim, bəs nə deyim?Eşqidən bir bu qədər söyləmək olmaz Vahid,Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
01:35 20.04.2026
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
00:27 20.04.2026
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
23:51 19.04.2026
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
23:44 19.04.2026
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
23:26 19.04.2026
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
23:18 19.04.2026
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
22:58 19.04.2026
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO