Bu gün Füzulinin yeni siması göz oxşayır

Bu gün Füzulinin yeni siması göz oxşayır
SİYASƏT
22:00 18.10.2023
301
Füzuli rayonunun böyük hissəsi və Füzuli şəhəri 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 

Ümummilli Lider Heydər Əliyevin əmri ilə qazanılmış ilk Qələbə 5 yanvar 1994-cü ildə olmuşdu. Həmin vaxt Azərbaycan Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. 

Düşmən demək olar ki, durmadan təxribata əl atırdı. Dinc əhalini atəşə tutur, infrastruktura, kənd təsərrüfatına, yaşayış evlərinə ziyan vururdu. Sülh danışığına getmək istəməyən Ermənistan heç nəyə məhəl qoymadan öz çirkin niyyətindən əl çəkmirdi. Yeni ərazilər ələ keçirməyə çalışırdı. 

Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən Müharibəsi nəticəsində işğal altında olan  Füzuli şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli əməliyyatı ən önəmli əməliyyatlardan biri olmuşdur. Burada aparılan döyüşlər Vətən Müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Belə düşünülürdü ki, Füzulini azad etmək  üçün aylarla vaxt lazım olacaq. Lakin qəhrəman Azərbaycan Ordusunun qarşısında erməni silahlı birləşmələri tab gətirə bilmədi. Onlar silahlarını atıb qaçdılar. Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri ermənilərin özləri, öz orduları haqqında illərlə yaratdıqları mifi bir neçə gün ərzində darmadağın etdi.
17 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cüvarlı kəndləri və Füzuli şəhəri Q Müzəffər Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan tam azad edildi. 

17 oktyabr tarixi cənab Ali Baş Komandanımız tərəfindən "Füzuli  şəhəri günü” elan edildi.

Digər işğaldan azad edilmiş rayonlarımız kimi Füzulidə də genişmiqaslı quruculuq işləri gedir. Bu gün Füzulinin yeni siması göz oxşayır. Burada yaşayış üçün hər bir şərait yaradılıb. 
Füzulidə birinci şəhərsalma layihəsi icra edilir və şəhər tamamilə yenidən qurulur. 

Fuzuli, eləcə də digər ərazilərimiz işğaldan azad ediləndən sonra bu rayonlara ilk dəfə xarici jurnalistlər, beynəlxalq müşahidəçilər gəldilər və onlar ermənilərin vandallıqlarını, vəhşiliklərini öz gözləri ilə gördülər. Onu da qeyd edim ki, 30 illik işğal dövründə etnik təmizləmə aparan ermənilər bu ərazilərə heç kimi buraxmamışdılar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Füzuli azad olunanda bir salamat bina olmadı ki, Bayrağımızı qaldıraq. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq – rəsmi İrəvanın siyasəti bunlardan ibarət olub. 

Azərbaycan və erməni xalqı həmişə yanbayan yaşayıb. Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər qurulmuşdu və infrastruktur yaradılmışdır. Sovet dövründə bütün bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülmüşdür”.

Çənab İlham Əliyev eyni zamanda onu da qeyd edib ki: "Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb”.

İşğaldan azad olunmuş ərazilərimizə Böyük qayıdış başlayıb. Çox sevindirici haldır ki, insanlar 30 illik həsrətdən sonra sevinclə öz doğma yurlarına qədəm basırlar. Hətta işğaldan sonra dünyaya gələn insanlar, gənclər, yeniyetmələr belə öz dədə-baba torpaqlarına böyük həvəs və məhəbbətlə gedirlər. 

Füzulidə 800 nəfərdən çox insan artıq yerləşib. İlin sonuna qədər isə burada iki minə yaxın insanın yaşaması nəzərdə tutulub. Yaşamaq üçün isə hər bir şərait yaradılıb. İş yerləri açılıb. Məktəb, baxça, xəstəxana, kitabxana, mədəniyyət mərkəzləri içtimai-iaşə  məntəqələri və sair tikilib.

 Kəndlərdə yerləşən və gələcəkdə yerləşəcək vətəndaşlar üçün isə texnika, mal-qara veriləcək. Ümumilikdə dövlət tərəfindən onlara lazımı köməklik göstəriləcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu günə görə biz onlara borcluyuk. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir.

Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Bu gün onların ruhu şaddır ki, insanlar öz doğma torpaqlarına qayıdır. Şəhidlərimiz canlarını fəda edərək tarixi Zəfər çalıblar.

Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də getdilər. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Şəhidlərin qəhrəmanlığı unudulmazdır. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur”.
 
Şəhla Ağbulud
"Abşeron” qəzetinin baş redaktoru
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
14:44 06.10.2026
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI