Bu gün Ümümdünya mətbuat azadlığı günüdür

Bu gün Ümümdünya mətbuat azadlığı günüdür
Bütün Xəbərlər
15:07 03.05.2013
818

Bu gün Azərbaycan Mətbuat Şurasında Ümumdünya mətbuat azadlığı günü münasibətilə dəyirmi masa keçirilib.AZXEBER.COM-un məlumatına görə, tədbirdə iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışı zamanı bu günün tarixindən danışıb. MŞ sədri qeyd edib ki, KİV-in inkişafına Dövlət dəstəyi fondunun yaradılması ilə bağlı verilmiş qərar jurnalistikanı iqtisadi cəhətdən möhkəmləndirib.Dəyirmi masada “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev, APA informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı jurnalistikanın müasir problemlərindən, jurnalistlərin ilk mənbədən informasiya əldə etməyin çətinliyindən danışıb.

Qeyd edək ki, 1993-cü ilin may ayının 3-dən qeyd olunan bu tarixin mahiyyəti, senzuranın yolverilməzliyi, plüralizmin inkişafı, jurnalistlərə qarşı təzyiqlərin aradan qaldırılması ilə bağlıdır.Ayşə İsazadə

OXŞAR XƏBƏRLƏR