Bu gün prezident seçkiləridir

DÜNYA
08:52 06.11.2012
1391
Bu gün Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri keçiriləcək. Prezidentliyə Demokrat Partiyasından ikinci dəfədir seçkidə iştirak edən Barak Obama, Respublika Partiyasından isə Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni iddia edir.Barak Obama ötən ay tarixdə seçkilərdə vaxtından əvvəl səs verən ilk ABŞ prezipdenti olub. O, doğma şəhəri Çikaqodakı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. Fəaliyyətdə olan prezident seçki gününü də həyat yoldaşı Mişel Obama ilə birlikdə Çikaqoda keçirəcək. Mitt Romni və həyat yoldaşı Enn isə Massaçusets ştatındakı Belmont şəhərində səs verəcək. Bəzi Amerika KİV-lərinin məlumatına görə, Mitt Romni seçki günü Ohayo ştatına da səfər edə bilər. Bu ştat prezidentlik yarışının nəticələrinin müəyyənləşməsi baxımından ən əsas bölgələrdən biridir.

OXŞAR XƏBƏRLƏR