Bu gün Şövkət Məmmədovanın doğum günüdür

Bu gün Şövkət Məmmədovanın doğum günüdür
MƏDƏNİYYƏT
09:22 18.04.2013
1506
Azərbaycanin ilk qadın opera müğənnisi, xalq artisti Şövkət Məmmmədovanın anadan olmasından 115 il keçir. Şövkət Məmmədova 1897-ci ilin bu günü Tiflisdə kasıb bir ailədə anadan olub. Pinəçi olan atası qızının musiqi istedadını hiss edəndə Şövkətin 6 yaşı var idi. 1910-cu ildə o Qafqaz vilayətinin qubernator müavini qraf İllarion Vornontsov Daşkovun təşkil etdiyi ziyafətdə çıxış etməsi üçün sponsor axtarışında da olub. Atası Milyonçu Hacı Zeynalabdinin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə isə Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin təhsili yarımçıq qalır və Ş. Məmmədova Rusiyaya qayıtmalı olur.Musiqişünasların ehtimallarına görə isə, təqaüdün kəsilməsinin əsas səbəbi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə Şövkət Məmmədova arasındakı inciklik olub. Beləki, gözügötürməyənlər Milanda təhsil alan bu xanımın barəsində müxtəlif şayiələr yayaraq onu Hacının gözündən salıblar. Şövkət Məmmədova isə əlacısız qalıb, daha sonra təhsilini Tbilisi musiqi məktəbində davam etdirməli olur. O, həmin il dahi bəstəkar Üzeyir Hacıbəyovla tanış olur.Bakının Tağıyev teatrında ilk dəfə professional ifaçı kimi çıxış edir. 15 yaşlı Şövkət Üzeyir Hacıbəyovun “Ər və arvad” operettasından bir neçə parça ifa edir.Konsertdən əldə olunan vəsait isə Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirdi. Qoçular Şövkət Məmmədovanı öldürmək qərarına gəlirlər, lakin Üzeyir bəy və dostlarının köməyi ilə faytona minib Abşeron kəndlərinin birində gizlədilir.1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına daxil olur və konservatoriyada oxuduğu müddətdə bəstəkar Reynqold Qlier ilə tanış olur. Şövkət xanımın təşəbbüsü ilə Qlier Azərbaycana gəlir və musiqi folklorumuzu öyrənir. Bəstəkar səfərindən bəhrələnərək “Şahsənəm” operasını yazır və əsəri Şövkət Məmmədovaya ithaf edir.1921-ci ildən başlayaraq o, Rusiya, Fransa, İtaliya, İran və Gurcustanda çıxışlar edib. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olur və 1912-ci ildə axıra çatdırılmamış təhsilini tamamilə bitirir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
18:26 19.04.2026
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb
18:13 19.04.2026
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb