Bu həftə hansı bürclər pul qazanacaq?

Bu həftə hansı bürclər pul qazanacaq?
SOSİAL
15:53 05.10.2026
294
Oktyabrın 5-dən 11-dək olan həftədə bəzi bürclər üçün iş və maliyyə məsələlərində yeni imkanların yaranacağı gözlənilir. 

AZXEBER.COM xəbər verir ki, astroloji proqnoza görə, xüsusilə Tərəzi, Şir və Oğlaq bürcləri gəlirlərini artırmaq və karyerada irəliləmək baxımından əlverişli fürsətlərlə qarşılaşa bilərlər. 

Tərəzilər üçün həftə yeni iş razılaşmaları və əməkdaşlıqlar baxımından uğurlu ola bilər. Onların təklifləri diqqət çəkə, işgüzar danışıqlardan müsbət nəticə əldə etmək ehtimalı arta bilər. Bununla belə, verilən vədlərin real imkanlara uyğun olmasına diqqət etmək tövsiyə olunur.

Şirlər həftə ərzində tanışlıq və əlaqələr vasitəsilə yeni qazanc fürsəti ilə qarşılaşa bilərlər. Xüsusilə yaradıcı ideyalarını və bacarıqlarını təqdim etmək istəyənlər üçün əlverişli imkanlar yarana bilər.

Oğlaqlar üçün isə karyera və gəlir planlarını yenidən nəzərdən keçirmək vaxtıdır. Yeni vəzifə, iş dəyişikliyi və ya şəxsi bizneslə bağlı məqsədlər gündəmə gələ bilər. Planları konkret tarix və hədəflərlə müəyyənləşdirmək faydalı olacaq.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR