Mərkəzi Bankın bu gün açıqladığı məlumata görə, qızılın bir qramının qiyməti 226 manat 76 qəpiyə bərabər olub.
AZXEBER.COM Yeniavaz.com-a istinadla xəbər verir ki, bir qram qızılın qiyməti bu ilin yanvar ayından ötən son 9 ayda 25,6% və ya 78 manat ucuzlaşıb. Belə ki, bu ilin yanvar ayının sonlarında bir qram qızılın qiyməti təxminən 305 manat olub.
Onu da qeyd edək ki, bu ilin əvvəlindən ötən 9 ay ərzində pərakəndə satış mağazalarında satılan qızıl-zinət əşyalarının da qiymətində kəskin ucuzlaşma olub. Bu ilin yanvar ayında ən çox tələbatın olduğu 585 əyarlı qızıl-zinət əşyalarının bir qramının orta satış qiyməti 195 manat olduğu halda, hazırda 165 manata kimi ucuzlaşıb. Nəticədə, qızıl-zinət əşyalarının qiyməti son 9 ayda təxminən 15% aşağı düşüb.










































