Bu ölkə ilk dəfə BMT TŞ-yə sədrlik edəcək

Bu ölkə ilk dəfə BMT TŞ-yə sədrlik edəcək
DÜNYA
19:28 01.11.2026
192
Latviya 2026-cı ilin noyabrında tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Ölkə bu müddətdə Ukraynadakı vəziyyətə xüsusi diqqət ayırmaq niyyətindədir

AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, bunu Latviyanın BMT yanında daimi nümayəndəsi Sanita Pavluta-Deslandes deyib.

Qeyd edək ki, Latviya bir ay ərzində BMT Təhlükəsizlik Şurasının rəsmi və qeyri-rəsmi iclaslarını təşkil edəcək. Latviyadan əvvəl BMT Təhlükəsizlik Şurasına üç Avropa ölkəsi – Danimarka, Fransa və Yunanıstan növbə ilə sədrlik edib.
OXŞAR XƏBƏRLƏR