xari

Bu ölkədə 8 şir koronavirusa yoluxdu

MARAQLI
13:48 04.05.2021
345

Dünyada ən çox gündəlik yoluxma və ölümün qeydə alındığı ölkə olan Hindistanda yoluxma sayı 2 milyonu keçib.

 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla yanaşı Nehru heyvanxanasında 8 Asiya şirinin koronavirus testi də pozitiv çıxıb.

 

Baytarların dediyinə görə, şirlərdə iştahsızlıq, öskürək kimi əlamətlərin ortaya çıxmasıyla tətbiq edilən testin nəticələri pozitiv çıxıb. Virusun insanlardan və ya heyvanlardan keçdiyini müəyyənləşdirmək məqsədiylə analizlər alınıb.

 

Qeyd edək ki, aprel ayından etibarən yoluxmanın sürətlə artdığı Hindistan, Çin və ABŞ-dan sonra ən çox peyvəndlənmə prosesinin həyata keçirildiyi ölkədir. Digər tərəfdən ortaya çıxan yeni növ mutasiyanın yayılmasıda narahatlığa səbəb olmaqdadır.

 

Hindistanda, son 24 saatda 357 min 229 yeni növ yoluxmanın müşahidə edilməsiylə, cəmi yoluxma sayı 20 milyon 282 min 833-ə yüksəlib. 


Son sutkada 3 min 449 nəfərin dünyasını dəyişməsi ilə ölənlərin sayı 222 min 408, müalicəsi davam edən xəstələrin sayı isə 3 milyon 447 min 133-ə çatıb.

 
Nərmin Məmmədli

OXŞAR XƏBƏRLƏR