xari

Bu ölkədə açıq havada idmana və toy keçirilməsinə icazə verildi

MARAQLI
10:05 29.03.2021
800
İngiltərədə bu həftədən başlayaraq altı nəfərə qədər şəxsin açıq havada görüşməsi və idman tədbirlərinə icazə verilir. 

Koronavirusa qarşı tədbirlərin yüngülləşdirilməsinə başladığı İngiltərədə tennis, qolf və üzgüçülük kimi açıq hava idman növləri ilə məşğul olmaq mümkün olacaq. Bununla yanaşı, açıq havada toy mərasimlərinə də icazə veriləcək. 

Hökumət mutasiyaların sürətlə yayıldığını nəzərə alaraq xalqa evdən işləmək və uzaq ərazilərə getməmək barədə xəbərdarlıq da edib.

İspaniyada isə açıq havada baş tutan 5 min nəfərlik konsertə insanlar test verərək qatıla bilib. Konsertdə sosial məsafə şərti qoyulmasa da hər kəsin maska taxması məcburi idi.
 
///BAKU.WS 

OXŞAR XƏBƏRLƏR