Yeni dərs ilinin başlamasına az vaxt qalıb. Bu dövrdə valideynlər məktəbli forması, çanta, dəftərxana ləvazimatları və digər ehtiyaclar üçün əlavə xərc çəkirlər.
Məlumat üçün bildirək ki, dünyanın bəzi ölkələrində məktəb başlayanda ailələrə güzəştlər edilir?
Fransada aztəminatlı ailələrə məktəb xərcləri üçün xüsusi yardım verilir. Yardım uşağın yaşından asılı olaraq dəyişir. 2026-cı ildə bu məbləğ 426-466 avro arasında müəyyən edilib. Vəsait məktəb ləvazimatları, geyim və digər xərclərin qarşılanmasına kömək edir.
Almaniyada aztəminatlı ailələrin uşaqları üçün məktəb ləvazimatlarına pul ayrılır. 2026-cı ildə bir tədris ili üçün 195 avro yardım nəzərdə tutulur. Bu vəsait çanta, dəftər, qələm və digər məktəb ehtiyaclarının alınmasına xərclənə bilər.
Uelsdə də aztəminatlı ailələrə məktəb xərcləri üçün yardım edilir. 2026-cı ildə uyğun şagirdlər üçün 125 funt sterlinqə qədər qrant verilir. Bu pulla məktəb forması, ayaqqabı, çanta və idman geyimi almaq mümkündür.
Finlandiyada isə fərqli sistem tətbiq olunur. Burada əsas təhsil alan bütün şagirdlər məktəb günlərində pulsuz yemək ala bilirlər. Yəni ailənin maddi vəziyyətindən asılı olmayaraq uşaqlar məktəbdə pulsuz qidalanırlar.
Böyük Britaniyada aztəminatlı ailələr üçün məktəb forması, yemək və bəzi hallarda nəqliyyat xərcləri ilə bağlı müxtəlif dəstək proqramları var. 2026-cı ildən İngiltərədə məktəblərin tələb edə biləcəyi markalı forma elementlərinin sayının azaldılması da nəzərdə tutulub.
Fəridə Əsədzadə











































