‘Bu onların tülkülüyünü bir daha sübut etdi’ - Akif Nağı

‘Bu onların tülkülüyünü bir daha sübut etdi’ -  Akif Nağı
Bütün Xəbərlər
14:25 18.12.2013
963

“Artıq Elnarə xanım mətbuat vasitəsi ilə ermənilərə cavab verib”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, erməni yazıçı Lyubik Çibuxçyanın Azərbaycan müğənnisi Elnarə Abdullayevaya “Elnarə” kitabını həsr etməsinə münasibət bildirərkən belə deyib:

“Qarabağ Azadlıq Təşkilatı (QAT) bu məsələylə bağlı bəyanat verməyəcək. Çünki artıq Elnarə xanım mətbuat vasitəsi ilə ermənilərə cavab verib. Bu erməni məkirliyinin, tülkülüyünün, saxtakarlığının bir daha bariz göstəricisidir. Biz heç bir zaman onlarla səmimi münasibət qurmamalıyıq. Çünki bu saxtakar millətin bizim başımıza gətirdikləri müsibəti bütün dünya görüb”.

Xatırladaq ki, Erməni yazıçı Lyubik Çibuxçyanın növbəti kitabı “Elnarə” adlanır. Bu 173 səhifəlik mənzum əsərini yazar Azərbaycan müğənnisi Elnarə Abdullayevaya ithaf edib. Lyubik Çibuxçyanın “Elnarə” kitabı iki həftə bundan əvvəl çapdan çıxıb. Yazıçı kitabı rus və erməni dillərinə tərcümə etdirmək istəyir. Çibuxçyan Elnarənin oxuduğu mahnıdan sonra onun haqqında kitab yazmaq istədiyini deyib.

Elnarə Abdullayeva isə mətbuata açıqlamasında özü haqqında yazılan kitabı qəbul etmədiyini bildirib:

“Deyəsən, ermənilər Azərbaycan musiqisini, mədəniyyətini mənimsəməkdən yorulublar, indi də sənətçilərimiz barədə yazı yazmağa başlayıblar. Mətbuat işçilərimizdən də təvəqqe edirəm ki, bu məsələyə çox önəm verməsinlər. Ermənilər özləri haqda böyük fikirdə ola bilərlər. Düşünürlər ki, haqqımızda yazdıqları kitab Azərbaycanda maraq doğurub. Məncə, hər bir azərbaycanlı üçün ermənilərin kimliyi qətiyyən maraqlı deyil. Ona görə onların qondarma kitabları, yazıları heç bir əhəmiyyət kəsb etmir. Əgər bunu rus, Qərb yazıçısı yazsaydı biz maraqlı tərəf olaraq bunun təbliğatında iştirak edərdik. Kimliyi, mənsəbi bəlli olmayan bir millətin bizim haqqımızda nəsə yazmaları əhəmiyyətsizdir”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR