Bu qız gömrüyün rəisi oldu - Dünya ondan danışır

Bu qız gömrüyün rəisi oldu - Dünya ondan danışır
DÜNYA
13:13 17.10.2015
5482
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili 26 yaşlı bir qızı ölkənin gömrüyünə rəhbər təyin edib.ANS PRESS-in məlumatına görə, 26 yaşlı Yuliya Maruşevskayanın yeni təyinatı haqqında prezident Petro Poroşenkoya da məlumat verilib. O da öz tvitter hesabında bu haqda xəbəri izləyiciləri ilə paylaşıb."Biz Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirovla bu haqda danışmışıq. O, bizi əmin etdi ki, bu həftə, biz oktyabrın 16-na danışmışıq, Odessa gömrüyünün yeni rəhbəri mənim təklif etdiyim namizəd təyin ediləcək. Bu, Yuliya Maruşevskayadır", - deyə Mixail Saakaşvili bildirib.O həmçinin bildirib ki, Maruşevskayanın komandasında ona gürcü müşavirlər kömək edəcəklər. "Onlar vaxtilə Gürcüstan gömrüyündə islahatlar aparan şəxslərdir", - deyə Odessanın gürcü qubernatoru əlavə edib.Saakaşvilinin sözlərinə görə, Maruşevskayanın təyinatından dərhal sonra onun komandası gömrükdə kadr müsabiqəsi üçün hazırlıqlara başlayacaq. Gömrük işçiləri də məhz bu müsabiqə yolu ilə seçiləcək.Ümumiyyətlə, Mixail Saakaşvili Ukraynada vəzifə alandan sonra daim öz təyinatları ilə təəccübləndirib. O, ətrafına anti-rus düşüncəli və Gürcüstanda hakimiyyətdə olduğu müddətdə tərəfdarı olan şəxsləri toplayaraq Ukraynada yüksək vəzifələrə gətirir.Məsələn, bir müddət əvvəl o, məşhur rus yazıçısı Arkadi Qaydarın nəvəsi, Rusiyanın dövlət və siyasi xadimi Yeqor Qaydarın qızı Mariya Qaydarı özünə yeni köməkçi təyin edib. Mariya Qaydar özünün namizədliyi haqqında biləndə Rusiya vətəndaşlığından imtina etməyə hazır olduğunu da bildirmişdi.Bundan başqa, Ukraynanın Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov da Saakaşvilinin təyinatı ilə həmin vəzifəni tutub. O, Ukrayna Ali Radasına Prezident Pyotr Poroşenkonun "Blok Pyotr Poroşenka" Partiyasından seçilib. İndi isə o, parlamentin gömrük və vergi məsələləri üzrə komitəsinə rəhbərlik edir.Onun atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman Nəsirov uzun müddət bank sektorunda fəaliyyət göstərib. 2014-cü il oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərdə prezident Pyotr Poroşenkonun blokundan deputat seçilib.Bununla belə, Saakaşvilinin ən qalmaqallı təyinatlarından biri model Anna Pençeva ilə bağlıdır. O, 28 yaşlı fotomodel, "Odessa fashion channel" telekanalının aparıcısı Anna Pençevanı yerli polis orqanına mətbuat katibi təyin edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
01:35 20.04.2026
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
00:27 20.04.2026
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
23:51 19.04.2026
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
23:44 19.04.2026
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
23:26 19.04.2026
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
23:18 19.04.2026
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
22:58 19.04.2026
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO